Xəstənin müalicəyə hazırlığının qiymətləndirilməsi

Son güncelleme: 14.08.2014 13:47
  • Effektiv müalicə üçün vacibdir ki, xəstələr:

    -Bədən çəkisinin azaldılmasına motivassiyaları olsun
    -Özlərinin qida vərdişlərinin və həyat tərzlərinin uzun müddət ərzində tədricən dəyişməyə hazır olsunlar. -Bədən çəkisinin mötədil, etapla azaldılması taktikasına razı olsunlar. -Real başa düşməlidirlər ki, hansı vaxt ərzində onlar nə qədər arıqlamalıdılar. Müalicənin aparılmasına fiziki və emosional maniyələr olmamalıdır.

    Xəstənin bədən çəkisinin azaldılnası üçün aparılan müalicəyə hazırlığını qiymətləndirmək üçün aydınlaşdırmaq lazımdır:

    • Pasiyenti müalicənin başlanmasına sövq edən səbəblər • Bədən çəkisinin azaldılmasının əvvəlki təcrübələri
    •Pasiyent tərəfindən piylənmənin inkişafına gətirib çıxarmış səbəblərin və onun sağlamlığa mənfi təsirinin dərk edilməsi
    • Pasiyent tərəfindən piylənmənin müalicəsinin uzun müddətli olmasının qəbul edilməsi
    • Pasiyentin uzun müddətə qidalanma vərdişlərinin və həyat tərzinin dəyişilməsinə hazır olması

    Müalicənin məqsədlərinin təyin olunması

    Hər bir pasiyentin bədən çəkisinin azaldılması arzusunu təyin edən öz səbəbləri vardır: kosmetik, sağlamlıq üçün riskin azaldılması, daha kiçik ölçüdə paltar geyməyə can atması, iş qabiliyyətinin yüksəldilməsi, daha yaxşı görünmək arzusu.Bədən çəkisinin azaldılması proqramını başlamağa xəstəni sövq edən səbəbdən aslı olmayaraq, vacibdir ki, həm bədən çəkisinin azaldılmasına, həm də azalmanın tempinə münasibətdə qarşıya real məqsədlər qoymaq lazımdır.

    Xəstəyə izah etmək lazımdır ki, piylənmənin müalicəsi uzun müddətli, ömürlük proses olub, çəkinin azalması üçün vaxt tələb olunur. Piylənmənin müalicəsinin əsas məqsədi yanaşı xəstəliklərin inkişaf riskinin azaldılması və xəstənin həyatının müddətini artırmaqdır.

    Müalicənin məqsədləri: Müalicənin başlanğıcında məqsəd bədən çəkisinin başlanğıcda olan miqdarını 10% azaltmaqdır.
    -Bədən çəkisinin azaldılması ilə yanaşı, piylənmə ilə yanaşı gedən xəstəliklərin inkişaf riskinin azaldılması. -Bədən çəkisinin artmasının qarşısının alınması.
    -Bədən çəkisində nail olunmuş nəticənin saxlanılması. -Piylənmə ilə yanaşı gedən pozğunluqlara adekvat nəzarət
    -Xəstələrin həyatının müddətinin və kefiyyətinin yaxşılaşdırılması

    Ən effeklisi bədən çəkisinin etapla, tədricən, BÇİ göstəricilərini və yanaşı risk faktorlarını nəzərə almaqla aşağı salınmasıdır.

    Artıq çəkinin və piylənmənin müalicəsinə BÇİ göstəricilərindən və yaranan risk faktorlarından asılı olaraq yanaşma
    BÇİ və xəstəliyin yanaşı risk faktorları

    Müalicə taktikası
    18,5-24,9
    Yanaşı risk faktorlarının olmaması ilə

    Normal bədən çəkisini saxlamaq üçün sağlam həyat tərzində əməl etmək.Bədən çəkisinin artmasının qarşışının alınması.
    Yanaşı risk faktorlarının olmaması ilə
    • Belin ölçülərinin artması


    Bədən çəkisinin aşağı salınması.

    • Piylənməyə ailəvi meyililik

    Bədən çəkisinin artımının >3kq qarşısının alınması
    • Siqaret çəkmə

    Siqaret çəkməni tullamaq, qidalanma haqqında məsləhətlər
    • Hiperlipidemiya

    Hipolipidemik diyeta
    • QTP (qlükozaya tolerantlığın pozulması)xəstəliklərlə pozulması

    Diyeta, fiziki fəaliyyət, bədən çəkisinin saxlanılması.
    25,0-29,9
    Yanaşı risk faktorlarının olmaması ilə

    Bədən çəkisinin saxlanılması.Az kalorili qidalanma, fiziki fəaliyyətinin güclənməsi.
    25,0-29,9
    Yanaşı risk faktorlarının olması .

    Bədən çəkisinin saxlanılması.Az kalorili qidalanma, fiziki fəaliyyətin güclənməsi,-1-ci növbədə risk faktorlarının aşağı salmağa yönədilmiş.Əgər 3 ay müddətində risk faktorları əhəmiyyətli dərəcədə azalmırlarsa, onda sutkalıq rasionun kaloriliyinin mötədil azaldılması fonunda 24 həftə müddətində bədən çəkisi 5-10 kg azaldılmalıdır. Medikamentoz terapiya

    30,0-34,9
    Yanaşı risk faktorlarının olmaması ilə

    Başlangıc bədən çəkisinin 5-10% azaldılması. Medikamentoz terapiya.

    30,0-34,9 Yanaşı risk faktorlarının olması

    Başlangıc bədən çəkisinin 5-10% azaldılması.Medikamentoz terapiya.
    35,0-39,9
    Yanaşı xəstəliklərin inkışafının yüksək riski ilə


    Başlangıc çəkinin> 10% azaldılması üçün medikamentoz terapiyanın da daxil olduğu kompleks terapiya. Konservativ mettodlar effektsiz olduqda cərrahi müalicə.
    35,0-39,9 -Yanaşı xəstəliklərlə

    Cərrahi müalicə metodları
    ≥40,0

    Cərahi müalicə.


    Hal-hazırda 4-6 ay müddətində tədricin (həftədə) 0,5- 1kg) arıqlama və alınan nəticəni uzun müddət saxlanılması metodikası qəbul edilməlidir.Bu metodikada orta hesabla başlangıc çəkinin 5-15% azalması baş verir və bu arıqlama əsasən piy toxumasının hesabına olur, bədən çəkisinin digər toxumaları hesabına olmur. Bədən çəkisinin belə azalmasına xəstələr asan nail olur, residiflər az baş verir.
    Cərrahi müalicə sağlamlıq üçün təhlükəli piylənməsi olan (BÇİ 40 və ya BÇİ 35) və digər müalicə metodları ilə arzu olunan nəticə alınmadıqda, yanaşı xəstəliklər olduqda göstərişdir.

    alıntı
#14.08.2014 13:47 0 0 0