Bildiyimiz kimi, yaşlanma müxtəlif genetik, biokimyəvi və ekoloji faktorlar nəticəsində də yaranır.
Bəzi insanlar yaşlanarkən öz sağlamlıqlarına fikir vermədiyindən müalicə zamanı dəyən zərərin bərpası asan olmur.
Belə ki, bu cür insanlarda ürək-damar xəstəlikləri, göz problemləri, əsəb pozğunluqları, osteoporoz və bir çox xəstəliklər meydana gəlir.
Ona görə bəzi mütəxəssislər hesab edir ki, müalicəvi xüsusiyyətləri baxımından istəyə uyğun gül ekstraktından da istifadə etmək olar.
Məlumata görə gül ekstraktı (Rosa damascena) təbii gözəllik və gənclik ekstraktlarından biridir. Qiymətli bitkilərdən hesab olunur.
Roza bitkisinin çiçəklərindən əldə edilən uçucu yağ daha çox təbii gözəlliyə təsir göstərir.
Nəşr olunan elmi işlərin birində gül çiçəklərinin daha bir müalicəvi xüsusiyyəti qeyd olunub.
Çiçəklərin yarpaqları kölgədə qurudulub çay kimi dəmlənərək meyvə həşəratlarına qida əlavəsi kimi 4 həftə boyunca verilib.
Nəticədə meyvə həşəratlarının həyata müddətlərində 23 faizə çatan bir uzanma müşahidə edilmişdir.
İsparta gülü adlanan bu bitkinin təsirinin antioksidant təsirli komponentlərə yaxın olduğunu üzə çıxıb.
Bir sıra tədqiqatçılar da öz şərhlərində bunu xüsusi qiymətləndirib.