Hamar bir dəri üçün təməl proqramlar

Son güncelleme: 15.08.2014 00:51
  • Məlumata görə hələ 20-ci illərdə dəridəki yaşlanma müddətini yavaşlatmaq və mümkün qırışları önləmək məqsədiylə tətbiq və istifadə olunan məhsullar günümüzdə öz aktuallığı ilə seçilir və əhəmiyyətini itirməyib. Dəri gənc vaxtında sadə problemləri və yüngül qırışları keçici həllərlə aradan qaldırmaq da doğru yol deyil.

    Bu mövzuda aparılan araşdırmalara görə son dərəcə təməl və praktik tətbiqlərlə dərinin ehtiyacı olan baxımı əldə etmək olar. Lazımi proseduralardan əlavə müxtəlif nəmləndiricilərdən və vasitələrdən istifadə etmək olar.

    Bunun üçün ilk öncə dəri təmizləyicisi vacib hesab olunur. Bu etapda dəri tipinə uyğun təmizləyicilər seçmək lazımdır.
    Dəri tipini analiz etdirərək öyrənmək məsləhətdir. Əgər quru bir dəriniz varsa spirt və sabun ehtiva etməyən maye təmizləyicisi istifadə edə bilərsiniz.

    Yağlı dəri üçün yağ tutmayan maye və ya jel məhsullardan, qarışıq dərilər üçün isə t bölgəsini yağlandırmayacak şəkildə çıxarılan məhsulların istifadəsi uyğun hesab olunur. Dərini təmizlədikdən sonra nəmləndirmək əhəmiyyətlidir ancaq nəmləndirici seçimində diqqət yetirilməsi lazım olan bəzi nöqtələr vardır.

    Quru dərilər üçün qliserin, hialuron turşusu kimi maddələrlə formula edilmiş və nəm itkisini azaldan məhsullar seçim edə bilərsiniz.

    Qarışıq dərilər üçün isə t bölgəsini yağlandırmayan nəmləndiricilərin istifadəsi məsləhət görülür.
    Quru dərilər UVA və UVB şüalarına qarşı yaz qış çölə çıxmadan yarım saat əvvəl çoxlu günəş qoruyucusu istifadə edilməlidir.

    Yağlı və qarışıq dərilərə yağ ehtiva etməyən su əsaslı günəş qoruyucuları tətbiq olunana bilər.
    Quru dəri üçün həftədə bir dəfə, yağlı və qarışıq dəri üçün həftədə 2 dəfə təbii pilinqdə tətbiq etmək olar.
    Aktiv olmayan dərini atmaq üçün başqa üsullardan da istifadə etmək olar.

    alıntı
#15.08.2014 00:51 0 0 0