Deyirsən sev məni

Son güncelleme: 17.08.2014 20:27
  • Deyirsən sev məni,qəlbində yer ver,
    Axı istəmirəm bezdirim səni.
    Madam ki,bu qədər israr edirsən,
    Gəl biraz qəlbimdə gəzdirim səni.

    Bu da yer umduğun qəlbin qapısı,
    Cəftəsi əyilib, burulubmu de?
    Sonuncu çıxan kəs çox əsəbiydi,
    Qəzəblə çırpanda qırılıbmı de...?

    Bu üstü qurumlu,bu torlu qapı,
    Səni vahiməyə salmasın qəti.
    Buyur, ikiəlli özün qarşıla,
    Ömrünə biçilən bu aqibəti.

    Saysız cığırları bəzəyən naxış,
    Sonuncu ümidin ləpirləridir.
    Üstünü toz-torpaq basan o daşlar,
    Ölmüş arzuların qəbirləridir.

    alıntı
#17.08.2014 20:27 0 0 0