Qır qır plov

Son güncelleme: 17.08.2014 20:46
  • (Azərbaycanın milli plov(aş) növlərindən biri)

    Ərzaqlar:

    500 q çəkilmiş qoyun əti

    2 ədəd baş soğan

    3 st uzun düyü

    4 x.q əridilmiş kərə yağı

    500 q təmizlənmiş şabalıd

    5-6 ədəd albuxara

    10-12 ədəd zoğal

    1 x.q zəfəran

    Keşniş

    Çay qaşığının ucunda darçın

    Duz

    Istiot

    Hazırlanması:

    Düyünü adi qaydada bişirib süzürük. Zəfəranı dəmləyib üstünə tökürük.Qazana az yağ töküb əritdikdən sonra düyünü tökürük. Üstünə əridilmiş kərə yağı töküb dəm almağa qoyuruq. Aş 1 saata dəm alacaq.

    Soğanı sürtgəcdən keçiririk.(ya da soğan ilə əti ət maşınından keçiririk) Ətə soğanı duzu, istiotu və darçını əlavə edib yaxşı qarışdırırıq.

    Tavaya 2 x.q əridilmiş kərə yağı töküb istidirik. Ətdən balaca küfdəçiklər düzəldib tavaya yığırıq.

    Küftəcikləri yağda qovururuq. Suyu çıxaçaq. 30 dəqiqə vam odda oz suyunda bişir. Arada qarışdırırıq.Sonra təmizlənmiş şabalıdı, turşunu və zoğalı əlavə edib 3-5 dəqiqə qovururuq.Zövqə görə duz və istiotunu da tökürük.

    Az su ya da bulyon töküb (1/3 st su ya bulyon) vam odda bişməyə qoyuruq. Yağa düşənə qədər bişiririk.

    Bişməyə 5 dəq qalmış keşnişi xırda doğrayıb üstünə tökürük.

    Düyünü qaba təpəcik şəklində yığıb üstünə küftəcikli qovurmadan qoyub qaynar əridilmiş yağ töküb süfrəyə veririk.

    Nuş olsun

    alıntı
#17.08.2014 20:46 0 0 0