Kakaolu tort

Son güncelleme: 19.08.2014 20:30
  • Kakaolu keks hazırlamaq üçün bizə lazımdır:
    200 qram kərə yağı
    5 xörək qaşığı kakao
    4 ədəd yumurta
    1 stəkan şəkər tozu
    Yarım qaşıq toz vanil
    180 qram un
    1 çay qaşığı qabartma tozu
    Şəkər pudrası

    Hazırlanması:
    Əvvəlcə kərə yağını sobada əridib soyuması üçün kənara çəkirirk. Soyuduqdan sonra onu iri qaba töküb kakao əlavə edirik. Ayrı bir qabda yumurta, şəkər tozu və vanili mikserlə yaxşıca qarışdırırıq. Yağlı-kakaolu qarışığı yumurtalı qarışığa əlavə edib mikserlə çalırıq. Bu qarışığa un və qabartma tozunu da əlavə edib qarışıdırırıq. Onu 190C-dək qızdırılmış sobada 30-35 dərəcdə bişiririk. Sobadan çıxarıb soyumasını gözləyirik. Soyuduqdan sonra keksi çıxarıb üzərinə şəkər kirşanı ələyirik. Bu qədər.

    Nuş olsun

    alıntı
#19.08.2014 20:30 0 0 0