Vanilli dondurma

Son güncelleme: 28.08.2014 00:17
  • Tərkibi:

    2 stəkanından iki barmaq az süd
    1.5 stəkanı krem
    1.5 stəkanı süd
    1 paket vanil və ya yarım çay qaşığı vanil əsansı

    Hazırlanması:

    Bütün vəsaitləri bir qaba alın. Yaxşıca qarışana qədər çırpın. Dərin bir keks qəlibinə və ya soyuducu qabına qoyun və soyuducuya yerləşdirin. Qarışıq sərtləşməyə başlayana qədər dondurmanı soyuducudan götürün. Soyudulmuşu bir qarışdırma qabına qoyun. Buz kristalcıqları qırılana qədər 5 dəqiqə qədər çırpın. Təkrar soyuducu qabına qoyub, sərtləşənə qədər soyudun. Dondurmanı xidmət etmədən 20-30 dəqiqə qədər əvvəl soyuducudan çıxarın.

    Qeyd: İstəsəniz dondurmanı ilk soyuducuya qoymadan əvvəl bu vəsaitlərdən hər hansı birini qata bilərsiniz.

    Şokolad: 250 qr südsüz şokoladı əridin və soyumağa buraxın. Şokoladı dondurmaya soyuducuya qoymadan dərhal əvvəl qoyun və qarışdırın.
    Çiyələk: 1 paket çiyələyi robotdan keçirin. Bir digər paket çiyələyi də iricə parçalara ayırın.
    Banan: 3 ədəd bananı 1 şorba qaşığı limon suyu ilə birlikdə püre halına gətirin. Dondurmaya buzluğa qoymadan dərhal əvvəl əlavə edib, qarışdırın. Sonra donması üçün buzluğa qoyun. Dondurmanı istədiyiniz vəsaitlərlə hazırladıqdan sonra zənginləşdirə bilərsiniz. Vanilli dondurmanı qoymadan əvvəl kup stəkanının alt qisiminə karamel sousu tökün. Üzərinə bir qat vanilli dondurma əlavə edin. Döyülmüş fındıq, fıstıq və quru əncir parçaları əlavə edin. Təkrar vanilli dondurma qoyun.

    Nuş olsun

    alıntı
#28.08.2014 00:17 0 0 0