8 ən faydalı meyvə

Son güncelleme: 29.08.2014 00:36
  • Meyvələrin faydalı olduğunu hamı bilir. Onların tərkibində çoxlu sayda vitaminlər və vacib mikroelementlər var. Meyvələrdən istifadə çəkinin azalmasına gətirir. Bundan başqa onlar həmdə dadlıdırlar. Bütün meyvələrin faydalı olması danılmazdır, lakin bəzilərinin faydası daha çoxdur və bizim gündəlik rasionumuza girməyə layiqdirlər.Beləliklə, sizə ən faydalı meyvələri təqdim edirik :

    1. Banan

    Bu meyvə təzyiqi salır və qan-damar xəstəliklərinin qarşısını alır. Turşuluğu azaldaraq və qıcqırmanı aradan qaldıraraq, mədənin işini normallaşdırır, əhval-ruhiyyəni yüksəldir, həmçinin banan – kifayət qədər qidalı olduğundan, onu rahatlıqla səhər yeməyi və atışdırmalıq kimi də, istifadə etmək olar.

    2. Qreypfrut

    Bu meyvə həzmi yaxşılaşdırır və yeməyin yaxşı mənimsənilməsinə kömək edir. Qreypfrut, həm də orqanizmdə olan mübadilə proseslərini sürətləndirərək yaxşılaşdırır. Mütəmadi olaraq qreypfrut istifadə etsəniz, bir neçə aya 5-7 kq çəki ata bilərsiniz.

    3. Ərik

    Əgər indi əriyin mövsümü deyilsə, onda onu qaysı (ərik qurusu) ilə əvəz etmək olar. Əriyin tərkibində, dərinin qocalmasına qarşı mübarizədə mühim rol oynayan beta-karotin vardır, hansı ki həmdə görmə üçün mühimdir. Qaysı - orqanizm üçün enerji mənbəyi olan dəmir və maqneziumla zəngindir, onlar həmçinin sinir sisteminə müsbət təsir göstərir.

    4. Manqo

    Bu meyvə – ölkəmiz üçün ekzotika hesab edilir, lakin mağazaların piştaxtalarında daha sıx-sıx görünməyə başlayır. 1 manqonun tərkibində C vitamininin sutkalıq norması var, bundan başqa, manqo, artritin qarşısının alınmasına, yaraların sağalmasına və immunitetin möhkəmləndirilməsinə kömək edir.

    5. Kivi

    Bu meyvə – vitamin quyusudur. Həmçinin o, bağırsaqları təmizləyir və yüngül işlətmə təsiri göstərir. Kivi, çəkinin azaldılması zamanı xüsusi ilə faydalıdır – bu meyvə arıqlama zamanı sizin immunitetinizi möhkəmləndirir və sizin orqanizminizi təmizləyir.

    6. Limon

    Limonun möcüzəli xüsusiyyətləri haqqında hamı bilir – bu meyvə soyuqdəymələrdə və immunitetin möhkəmlənməsində № 1-dir. Limon, həmçinin əla yağəridicidir və o, iştahanın azalmasına səbəb olur. Limon dilimi ilə su, çəkinin azaldılmasında zəruri vasitədir.

    7. Alma

    Almalar – onlarsız hara? Əlbəttə ki, yerli almalara üstünlük vermək lazımdır – xüsusən mövsümündə onlardakı vitaminlər, idxal olunanlardan dəfələrlə çox olur. Almalar - pektinin və sellülozanın mənbəyidir, lakin onları qabığı ilə yemək vacibdir.

    8. Papaya

    Bu meyvəyə mağazalarda tez-tez rast gəlinmir, lakin onu apelsinlə əvəz etmək olar. Yalnız, papayada vitamin C və beta-karotin apelsindən 15 dəfə artıqdır. Papaya, poliartrit riskini və xolesterinin miqdarının azalmasına kömək edir.
#29.08.2014 00:36 0 0 0