Elkin Kərimli - Nəyin Çatışmadı

Son güncelleme: 29.08.2014 11:34
  • Həmişə bir yerdə olaq deyərdin,
    Indi ayrılırsan, çıxıb gedirsən.
    Min sözün içindən bircə sözünlə
    Mən boyda insanı yıxıb gedirsən…

    Əlimin içinə ağladım bu gün,
    Əlimdən əlinin qoxusu gəldi.
    O dəm tellərimi gözümə tökdüm
    Telimdən telinin qoxusu gəldi…

    Nəyin çatışmadı, nəyin çatmadı?
    Nələr eləmədim yolunda sənin.
    Aldığım saat tək dəyərim yoxmuş,
    Kaş indi gedəydim qolunda sənin…

    Mən ki, bir sözünü iki etmədim,
    Bir kərə çıxmadım sözündən sənin.
    Sən, sən ol heç vaxtı haqqı itirmə,
    Gələr gilə-gilə gözündən sənin.

    alıntı
#29.08.2014 11:34 0 0 0