Badımcan konservi

Son güncelleme: 29.08.2014 14:21
  • Tərkibi:

    Badımcan - 3 ədəd
    Yerkökü - 2 əd
    Sarımsaq - 2 diş
    Cəfəri - yarım dəstə
    Bitki yağı - 3 x.q.
    duz - 1x.q.

    Duzlu su üçün:

    Su - 450 qr
    Duz - 1 x.q.
    Sirkə 9% - 10 ml
    Dəfnə yarpağı - 2 ədəd
    Qara istiot- zövqə görə

    Hazırlanması:
    Badımcanları yuyuruq, saplağını təmizləyirik. Badımcanları iki yerə bölüb duzlu suda 30 dəqiqə saxlayırıq.
    Sonra üstünə ağır bir əşya qoyub 1 saat gözləyirik ki, acısı çıxsın.
    Yerkökünü sürtkəcdən keçirib bitki yağında vam odda 10 dəqiqə qızarmadan bişiririk.Sarımsaq təmizlənir, sürtkəcdən keçirilir və yerkökünü üzərinə əlavə edilir. Sonra cəfəri də əlavə olunur.
    Bişirdiyimiz qarışığı badımcanın bir layının üzərinə əlavə edir, badımcanın ikinci layını da üstünə qoyub sapla sarıyırıq ki, açılmasın.Qazanda su qoyuruq qaynamağa, içərisinə dəfnə yarpağı, sirkə və qara istiot əlavə edib 2 dəqiqə qaynadırıq.Sonra isə sarıqlı badımcanları suya əlavə edib, üzərinə doğranmış cəfəri və sarımsaq əlavə edib yenidən üstünə ağır bir əşya qoyub 3 gün saxlayırıq.
    3 gündən sonra sarıqlı badımcanlarımızı dada bilərsiniz...

    Nuş olsun!

    alıntı
#29.08.2014 14:21 0 0 0