Heyvalı boranılı çatni

Son güncelleme: 30.08.2014 12:51
  • Tərkibi:

    1 kq boranı
    400 q heyva (2-3 ədəd)
    1 iri portağal
    1 iri limon
    300 ml su
    150 ml bəyaz şərab sirkəsi
    200 q şəkər tozu
    1 dolu x.q. duz
    10-12 ədəd mixək
    1 budaq darçın
    2 dəfnə yarpağı

    Boranını tərəfi 1 sm olan kubiklərə doğrayın. Heyvanın da qabığını soyub eynilə doğrayın (bir qədər iri də olar). Limon və portağalın sedrasını çıxarın: qabığını (ağ hissəsi olmamaqla, yoxsa acı dadı olacaq) soyub nazik saman kimi doğrayın. Sonra bu sitrus meyvələrinin şirəsini çıxarın.

    Marinad hazırlayın: qazana şəkər tozu, duz, sirkə, limon və portağalın şirəsini, dəfnə yarpağı, ədviyyatı qoyun, su tökün. Ocağın üstünə qoyun. Hərdən qarışdırın (yoxsa şəkər dibə yapışar və sirkə ilə qarışaraq karamel əmələ gətirər). Qaynara düşəndə sedranı əlavə edin, ocağı azaldıb 10 dəqiqə bişirin. Heyvə və boranını əlavə edib daha 10 dəqiqə bişirin. Aradabir qarışdırın. Hazır çatnini isti-isti pasterizə edilmiş bankalara yığın, ağızlarını bağlayın, soyudun, sonra isə soyuducuda saxlayın.

    Nuş olsun

    alıntı
#30.08.2014 12:51 0 0 0