Qurani Kərimin nüsxələrində hərəkələrlər nə zamandan yazılıb?
Məlumatlara görə, Quran hərfləri üzərində hərəkələr ilk dəfə hicrətin birinci əsrində yaşamış məşhur ərəb qrammatiki Əbul-Əsvəd Duəli tərəfindən qoyulmuşdur.
Qeyd edək ki, ərəb dilinin qrammatik əsaslarını da İmam Əlinin (ə) tövsiyəsi və rəhbərliyi ilə o hazırlamışdı.
Tövbə surəsinin 3-cü ayəsinin bəziləri tərəfindən səhv oxunduğunu görən alim əvvəldən-axıra bütün Quran nüsxəsinə hərəkələr qoyur.
Əvvəllər hərəkələri rənginə görə yazıdan fərqlənən mürəkkəblə qoyurdular. Hərəkələr Quran qiraətini asanlaşdırır, ayələrin mənasını daha tez və düzgün anlamağa yardım göstərir.