Qalatasaray bir gecəyə 3 futbolçu transfer etdi

Son güncelleme: 03.09.2014 11:41
  • "Qalatasaray" daha üç futbolçunu transfer edib.

    Ötən gün axşam saatlarında klubun prezidenti Ünal Aysal "Vatan" qəzetinə bildirib ki, "Əskişəhərspor"dan Tarık Çamdal və "Napoli"dən Blerim Cemalinin transferi artıq yekunlaşıb.

    Hər iki oyunçunun İstanbul klubuna keçidi ilə bağlı onların komandaları və özləri ilə razılıq əldə edilib.

    Bildirilir ki, "Qalatasaray" Tarıkın transferi qarşılığında qarşı tərəfə 4,5 milyon avro və Ümit Gündoğanı verəcək.

    Cemalinin transfer məbləği isə hələlik aşıqlanmayıb.

    Bu arada Türkiyə mediası "Qalatasaray"ın "Napoli"nin digər futbolçusu Qoran Pandevin də transferini bitirdiyini yazıb.

    Lakin klub prezidenti Ünal Aysal deyib ki, Pandevin keçidi ilə bağlı onun klubu ilə danışıqlar hələ davam edir.

    alıntı
#03.09.2014 11:41 0 0 0