2.ci tip diabetli xəstələr üçün məsləhətlər

Son güncelleme: 12.09.2014 22:06
  • 2-ci tip diabetli xəstələr üçün (IAOŞD) qidalanmada əsas diqqət xəstənin arıqlamasına və ya onun artıq çəki yığmamasına yönəldirir. Buna görə də dieta aşağı kalorili olmalı (piylənmə olduqda sutkalıq 1200-1500 kkal olmalıdır) və xəstənin ərzaqlar haqqında, onların kaloriliyi nöqteyi nəzərindən təsəvvürü olmalıdır. Aydın məsələdir ki, hansı ərzaqların şəkəri artırıb artırmamasını, karbohidratların qida qəbuluna görə bərabər bölunməsini xəstə bilməlidir, lakin onun karbohidratları ÇV ilə hesablanmasına lüzüm yoxdur. Bu halda 5 nömrəli cədvəldən istifadə olunmalıdir və orada ərzaqların 100 kkal tutumlu miqdarı göstərilir.

    Cəd. 5 100 kkal tutumlu ərzaqların miqdarı.

    2-ci tip (insulindən asılı olmayan şəkərli diabet) diabetlər üçün məsləhətlər
    1. 2-ci tip diabetdə xəstə zulalları sağlam adam qədər yeyə bilər; Yağlar məhdudlaşmalıdır, ən yaxşı bitki məşəli yağlardan istifadə olunmasidir; karbohidratları ÇV görə hesablamaq lazım deyildir. Lakin onları kiçik porsiyalarla istifadə etmək lazımdır.
    2. Çəki artıq olduqda aşağı kalorili dieta lazımdır və qida ilə qəbul olunan kkal hesablanmalıdır. Bunu 2-5 nömrəli cədvəl vasitəsi ilə etmək olar.
    3. Xolesterin haqqında. Qanda damarlar üçün təhlükə törədən artıq xolestərini nəzarətdə saxlamaq lazımdır. Baxmayaraq ki, xolestərin ateresklerozu yaradan əsas faktorlardan biridir o həyat fəaliyyəti üçün lazımdır (məsələn D vitamininin sintezi üçün). Qanın tərkibində xolesterinə qlükoza kimi çox diqqətlə nəzarət etmək lazımdır. Mümkün normalar belədir:
    4. 3-5.2 mmol/l - yaxşı göstəricidir,
    5. 4 mmol/l qədər - yol veriləndir.
    1 sutkada orqanizmə daxil olan xolesterinin miqdarı 0.3-0.4 qramdan artıq olmalı deyildir. Qeyd edək ki ən çox xolesterin heyvani yağlarda (kərə yağı, yağlı pendirlər, xama və kəsmik, yağli ət, salo) olur ki, onların istifadəsini məhdudlaşdırmaq lazımdır.


    alıntı
#12.09.2014 22:06 0 0 0