1.ci tip diabetli xəstələr üçün - Məyvə və giləmeyvələr

Son güncelleme: 12.09.2014 22:15
  • Məyvə və giləmeyvələr qanda şəkəri qaldırmaq xüssusiyətlərinə görə bir-birlərindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Qeyd etmək lazımdır ki, müxtəlif sort lakin eyni adlı meyvələrin qanda şəkəri qaldırmaq xüssusiyəti eynidir - yəni bu o deməkdir ki, almanın turş və ya şirin olmasına baxmayaraq hər ikisi şəkəri eyni səviyyədə qaldırır. Turş almanın turşuluğu onda şəkərin az olması ilə yox, turşuluğun çox olması ilə əlaqədardır.

    Demək şirin alma qadağan deyildir, o da şəkəri turş alma qədər qaldırır; Cörək vahidini hesablamaqla istədiyiniz almanı yeyə bilərsiz. Ikinci səhf onla əlaqədardi ki, güya fruktoza qlükozani və saxarozanı əvəz edir və qanda şəkəri çox az qaldırır. Biz artıq izah etmişik bu belə deyildir; fruktoza kifayət qədər sürətlə sorulur və qanda şəkəri saxaroza və qlükoza kimi çox sürətlə və kəskin artırır və beləliklə yadda saxlayırıq - bütün meyvələrin, hətta diabetiklərə icazə verilənlərində tərkindəki "ani şəkərdir".

    Meyvələrdən incil, xurma, üzüm,pırnıq, həmçinin quru meyvələr - kişmiş, qara gavalı, qaysı yemək məsləhət deyil. Icazə vərilən meyvə və giləmeyvələrin assortimenti böyükdür və bunlar aiddir-almalar, armudlar, sitrus meyvələr, qarpız, gavalılar, şaftalı, nar, manqo, albalı, gilas, ciyələk, qarağat və s. Banan və ananas daha az məsləhət görülür, lakin mümkündür. Qeyd etmək lazımdır ki, meyvə porsiyası bir gündə 2 ÇV cox olmaz və həmdə iki yerə bölmək lazımdır: misal üçün - almanı saat 11-də, digər meyvəni isə saat 4-də yemək məsləhətdir. Bir daha xatırladırıq ki, bütün meyvə və giləməyvələrdə "ani şəkərdir".

    Deməli almanı axşam yuxudan qabaq yemək məsləhət deyildir, cünki şəkər sürətlə qalxacaq, sonra enəcəkdir və axşam saat 4-də sizdə hipoqlemikiya əmələ gələ bilər. Aydın məsələdir ki, şəkərli meyvə şirələri qadağandır, onu yalnız hipoqlemikiya tutmasını aradan qaldırmaq üçün istifadə etmək lazımdır. Təbii meyvə şirələrinin tərkibində fruktoza olur, lakin onların tərkibində meyvə şirələrini hazırlandığı meyvələrdəki sellüloza olmur. Sellüloza sorulmanı ləngitdiyi üçün "sürətli şəkər" meyvə şirələrində "ani şəkərə" çevrilir, beləliklə bizə icazə verilən meyvələrin şirələrini içmək arzu edilməzdir və məsləhət görülmur.

    Bir daha aşağıdakı qaydalara diqqətinizi yönəldirik:
    ərzaqda saxarozanın və fruktozanın miqdarının nə qədər olması və onun nə qədər çörək vahidinə uyğun gəlməsi vacib deyildir;

    Vacibi odur ki, bu şəkər həmin ərzaqdan hansı sürətlə sorulur. Sorulmanın sürətini soyuqluq, ərzaqın konsistensiyasının kobud olması (sellülozalı) və onda yağın olması azaldır.

    Nəticə: Lifli, bərk və soyuq diabetiklər üçün, duru sıyığa bənzər və qaynardan üstündür. Lakin sorulmanın bu 3 prolanqatorlarından geniş istifadə edə biləcəyimiz biridir - qidanın kobud konsistensiyasıdır, yəni sellülozanın kifayət qədər olmasıdır. Xüsusi halları (dondurma) nəzərə almasaq, biz çox soyuq və yağli qidalardan istifadə edə bilmərik. Yağın artıqlığı həm piylənmə nöqtei nəzərindən, həmdə tərkibində xolestərin olduğu üçün damarlarımıza ziyandır.

    alıntı
#12.09.2014 22:15 0 0 0