1.ci tip diabetli xəstələr üçün - Tərəvəzlər

Son güncelleme: 12.09.2014 22:16
  • Tərəvəzlər - bizim menyumuzun ən tərkib hissəsi olub, onların tərkibində nə karbohidratlar nə də yağlar vardır, əvəzində onlarda çoxlu sellüloza vardır.

    Lakin burdada bəzi məhdudiyyatlar vardır, beləki bəzi tərəvəzlər karbohidratlarla əhəmiyyətli dərəcədə zəngindir - buna birinci növbədə tərkibində nişasta olan kartofu göstərmək olar. Kartofu yemək olar, lakin onun çox dəqiq hesabı aparilmalıdır: bir orta böyüklükdə kartof bir çörək vahidinə bərabərdir. Aydin məsələdir ki, siz üç tikə çörəyi tərəvəz qarnirli ətlə yesəniz, həmin yeməyi çörəksiz üç ədəd kartofla yeməkdən daha məsləhətli və üstündür. Nəzərə çatdırırıq ki, bu kartoflar orta böyüklükdə olub yumurtadan bir qədər böyükdür, beləliklə kartof tərkibində demək olarki sürətli şəkər məhsulu olan ərzaq olub, qanda şəkəri daha sürətlə qaldırır.

    Bu sürət yenədə qidanın konsistensiyasindan asılidır. Kartofdan başqa qarğıdalını, paxlalanı (lobya,noxud,paxla) çoxlu miqdarda yeyirsinizsə, ÇV hesablamaq lazımdır. Hesablamağa ehtiyac yoxdur: kələm, yerkökü, turplar, pomidor, xiyar, badımcan, soğan, kahı, ravənd, göyərtilər. Həmçinin istənilən qədər göbələk, soya yeməyə icazə verilir - onların tərkibində bitki zülalı vardır. Bitki yağları hesablanmır, bundan başqa ləpələr və tumları 50qrama qədər yeyirsinizsə- bunuda hesablamağa ehtiyac yoxdur. Bir maraqlı faktı nəzərinizə çatdırırıq - çuğundur və yerkökündə şirinlik vardır, lakin onları istənilən qədər yemək olar,

    çünki onlarda çoxlu miqdarda sellüloza vardır - almaya nisbətən də çoxdur, lakin siz onlardan təbii şirə hazırlasanız onu istifadə edərkən mütləq ÇV həsablamaq lazımdır (0,5 stəkan=1 ÇV)

    alıntı
#12.09.2014 22:16 0 0 0