Süd məhsulları - dondurma, şirin kəsmiklər, şəkərli yoqurt və şirin pendirlər şirniyyata aiddir və yuxarıda onlar haqqında məlumat verilib. Digər süd məhsularında ÇV yalnız maye halında olanlarda hesablamaq lazımdır ( süd, qaymaq, qatiq) beləki bir stəkana bir ÇV bərabərdir, xama (150-200qr qədər), yağ, kəsmik və pendir praktik olaraq şəkəri qaldırmırlar; çünki onların yağlılığı çoxdur.
Duru ərzaqların ÇV həsablanmasına səbəb onların tərkibində həll olunmuş laktozanı (süd şəkəri) olması ilə əlaqədardır, çünki o çox tez həzm olunur. Balıq və ət məhsulları - ətdən və balıqdan hazırlanmış qidanın, vetçinanın, yumurtanın, hisə verilmiş balığın, kolbasanın tərkibində digər qarışıqlar yoxdursa, onlar qanda şəkəri qaldırmır; ona görə də onlar üçün ÇV həsablanmır.
Lakin suda bişirilmiş kolbasalar, sosislərə nişasta, kotletlərə çörək və kartof, omletə isə un əlavə olunur. Kotlet və omleti siz özünüz karbohidratsız hazırlaya bilərsiniz. Iki sosis və ya 100 qr suda bişmiş kolbasa 0,5-0,7 ÇV bərabərdir