Şəkər əvəzediciləri - daha doğrusu bunlar saxarozanın və ya qida şəkərinin əvərzedicisi olub karbohidratlar qruppasına daxil olan şirin maddələrdir ki, orqanizmdə qlükozaya çevrilmirlər və ya əgər çevrilirlərsə də bu çox ləng gedir. Beləliklə şəkər əvəzədicilərdən şirin diabetik içkilər, konfetlər, vaflilər, tortlar, kompotlar, mürrəbələr, yoqurtlar və s. hazırlanmasında istifadə etmək olar; onların istifadəsi ilə bütov bir diabetiklərə xidmət edən yeyinti sahəsi məşğul olur. Şəkər əvəzediciləri 3 qrupa bölmək olar. Onlar aşağıdaki cədvəldə göstərilmişdir.
Cəd 3. Şəkər əvəzədicilərin xarakteristikası.
Qeyd etmək lazımdır ki, ikinci qrup şəkərəvəzədiciləri və ya onların kombinasiyaları satışda aşağıdaki adlarla rast gəlinir: slastilin, sukrazit, svitli, suoli, çukli, mokka svit, sukrodayt, surel, xermesetaz, milford. Istənilən şəkərəvəzedicinin mümkun sutkalıq dozası 30-40 qramdan artıq olmamalıdır. Lakin bu dozanı yediyimiz konfet, peçenye, vaflilərin şəkərəvəzədicilərini nəzərə almaqla istifadə etməliyik. Bunun üçün biz həmin ərzağın qabının üstündə hər 100 qrama nə qədər şəkərəvəzədicinin düşməsini baxıb hesablamalıyıq. Adətən gün ərzində 1-2 əd. artıq olmamaq şərti ilə və ya ona ekvivalent tərkibli şəkər əvəzədicili, vafli, peçenye məsləhətdir. Dörd nömrəli cədvəldə isə ərzaqların çörək vahidinin həsablama qaydaları göstərilmişdir.
Cəd 4. Çörək vahidlərinin əvəzedilmə cədvəli.
1. Faktiki olaraq belə xəstələr üçün qidalanmada ciddi məhdudiyyətlər yoxdu - yəni həm diyetanın karoriliyinə, həm də istifadə olunan ÇV aiddir. Seçim hüququ xəstənin özündədir; O sağlam adamlar qədər zülallar, yağlar və karbohidratlar yeyə bilər, lakin karbohidratlar mütləq hesablamalı və kiçik porsiyalarla istifadə olunmalıdır.
2. Qidanın gündəlik rasionunun kaloriliyinə gəldikdə isə o orta hesabla 1800-2400 kkal təşkil edir. Qadınlar üçün bədən çəkisinin hər kg 29 kkal, kişikər üçün isə 32 kkal təşkil edir.
Bu kkal aşağıdaki ərzaqlar həsabına yığılır
50% - karbohidratlar (14-15 ÇV, çörəyin və sıyıqların hesabına, 2 ÇV meyvə qalanı isə tərəvəzin hesabına).
20% - zülallar (yağsız süd, balıq və ət məhsulları)
30% - yağlar (yağsız süd, ət, balıq məhsulları, bitki yağı)
Qidanın yemək qəbuluna əsasən bölünməsi konkret insulinterapiya sxemindən asılıdır, lakin bir dəfəyə 7 çörək vahidindən çox olmalı deyildir. Iki insulun inyeksiyasında o aşağıdaki kimi olmalıdır:
Səhər yeməyi - 4 ÇV, ikinci səhər yeməyi - 2 ÇV, günorta yeməyi - 5 ÇV, ikinci günorta yeməyi - 2 ÇV, şam - 5 ÇV, yuxudan əvvəl - 2 ÇV; cəmi-20 ÇV.
Qidalanmanın bu qaydada bərabər və rəvan bölunməsi 2-ci tip şəkərli diabetlərə də aiddir, lakin onlar üçün ÇV və qidanın kaloriliyi əhəmiyyətli dərəcədə aşağı olmalıdır, beləki IAOŞD 10 hadisədən 8-də çəki artıq olur. Bir daha fəaliyyət növundən asılı olaraq tələb olunan kkal və ona uyğun ÇV miqdarını göstərək:
Intensiv fiziki iş - 2000-2700 kkal və ya 25-27 ÇV;
Adi fiziki iş - 1900-2100 kkal və ya 18-20 ÇV
Fiziki əməklə əlaqəsi olmayan iş - 1600-1800kkal və ya 14-17 ÇV3. Siz normadan artıq yemək istəyirsinizsə iki çıxış yolu vardır: soyuq yemək yeməli və ona ballast maddə əlavə etməli; əlavə olaraq qısa təsirli insulin dozası qəbul etməli, misal üçün əgər siz 1 alma əlavə yemək istəyirsinizsə aşağıdaki cür etməlisiniz - sürtkəcdə alma və yerkökünü iri keçirtməli onları qatışdırmalı və soyutmalısınız, əgər siz pelməni yemək istəyirsinizsə ondan sonra iri doğranılmış kələm yemək məsləhətdir, əgər siz insulin inyeksiyası əlavə edəcəksinizsə aşağıdaki cür etməlisiniz:
a. Bir çörək vahidinə lazım olan insulinin dozası sutkanın müxtəlif vaxtlarında 0,5-2 vahid arasında tərrədüd edir.
b. Odur ki hər əlavə çörək vahidi üçün aşağıdaki dozada insulin inyeksiyası edilməlidir:
səhər - 2 vahid, günorta yeməyi - 1,5 vahid, axşam vaxtı - 1 vahid
bunlar orta rəqəmlərdir. Dozanı siz individual olaraq qlukometrin köməyi ilə seçə bilərsiz. Bütün hallarda günün birinci yarısında 1 ÇV üçün insulinin dozası yüksək olmalıdır, çünki səhərlər qanda şəkərin miqdarı yüksək olur.4. Yuxudan əvvəl saat 23-24-də siz yüngül yeməlisiniz (1-2 ÇV) - bu gəcə hipoglekimiya riskinin qarşısını almaq üçündür. Bu vaxtı "tədrici şəkərli" qidalardan istifadə etmək məsləhətdir - 1 stəkan süd, qara cörəklə buterbrod və qarabaşaq kaşası. Axşamlar tərkibində sürətli şəkər olduğu üçün meyvə yemək məsləhət deyil.
5. Siz həddindən çox şirin şey yemək istəyirsinizsə, onda siz şəkər əvəzədicilərlə hazırlanmış şirniyyat və ya dondurma yeyin.
6. Çox vaxt belə bir sual verilir: insulin inyeksiyasının və ya tabletin qəbulundan sonra yeməyə nə vaxt başlamaq lazımdır? Çox vaxt bu suala həkimin qeyri-müəyyən cavabını alırlar. Bəzən hətta diabetli xəstə "qısa təsirli" iinsulin qəbul etdikdə belə ona müxtəlif cavablar verilir. Yeməyə 15 dəqiqədən sonra, 30 dəqiqədən sonra, 45 dəqiqədən sonra başlayın. Bu qəribə olsada bunun öz səbəbləri vardır. Birincisi yeməyə başlamaq üçün lazım olan vaxt müxtəlif ola bilər. Yeməyə başlamaq üçün lazım olan vaxt 1 saatdan gec olmamalıdır, əks halda siz hipoqlikimiya əlamətləri hiss edə bilərsiniz; nə vaxt yemək olar məsələsi isə aşağıdaki vəziyyətlərdən asılıdır:
- sizin insulinizin və ya şəkəri aşağı salan həbinizin tə'sirinin başlanma vaxtından
- sizin nə yeməyinizdən: yalnız tərkibində "tədrici şəkərlər" (çorək, kaşa) olan ərzaqlar və ya əlavə "sürətli şəkər" olan ərzaqlar olacaqdır (alma, apelsin).
-həb və ya insulin inyeksiyasından əvvəl sizin qanınızda şəkərin səviyyəsindən. Siz elə vaxt yeməyə başlamalısınız ki, sizin preparatınızın tə'sirinin başlaması ilə karbohidratların sorulması eyni vaxta düşsün, bu şərtlə ki, qanda şəkər normal olsun. Praktik olaraq bunu aşağıdaki cür ifadə etmək olar. Inyeksiya vaxtı qanda şəkər 5-7 mmol/l-sə yeməyə 15-20 dəq. sonra başlamaq lazımdır; əgər 8-10 mmol/l-sə - 40-60 dəq. sonra. Bu qaydanın mənası aydındır: əgər qanda şəkər yüksəkdirsə preparata vaxt vermək lazımdır ki, o qanda şəkəri aşağı salsın və ondan sonra yeməyə başlamaq lazimdırş
Indi isə insulindən asılı şəkərli diabetlər üçün (insulin inyeksiyası edən xəstələr üçün) məsləhətlərə keçək.