Zülallar - bu hüceyrələr üçün tikinti materialı olub, hüceyrələr onlardan yaranır. Tərkibi heyvani zülallar olan ərzaqlara aşağıdakılar aiddir: süd məhsulları, ət, balıq və onlardan hazırlanan bütün ərzaqlar, yumurta. Bitki zülalları – soyada, mərcidə, paxlalarda və göbələkdə olur. 1 qr təmiz zülalın kaloriliyi 4 kkal təşkil edir. Tərkibində zülal olan ərzaqlar əgər onları normal qaydada qəbul etsən, qanda şəkəri demək olar ki qaldırmır. Lakin əgər siz bir dəfəyə 1 kq ət yesəniz qanda şəkər hər halda qalxa bilər. Yağlar – bunlar bizə enerji ehtiyatı verir, lazım olan hormonların və vitaminlərin yaranmasında iştirak edir. Normal miqdarda, yağlar da qanda şəkəri qaldırmır. Bir qram yağin kaloriliyi 9 kkal təşkil edir ki, buda zülalların kaloriliyindən 2 dəfə çoxdur. Tərkibində yağ olan ərzaqları 4 kateqoriya bölmək olar:
Heyvani yağlarından ibarət olan ərzaq məhsulları - kərə yağı, marqarin, salo; tərkibində həyvani yağlar gizli olan ərzaq məhsulları - ət, balıq və onlardan hazırlanmış bütün ərzaqlar, bütün süd məhsulları; bitki yağlarından ibarət olan ərzaq məhsulları - günəbaxan, qarğıdalı, zeytun, kokos yağları və s. Tərkibində gizli bitki yağları olan ərzaq məhsulları-tumlar, ləpələr, qarğıdalıdır. Qeyd etmək lazımdır ki, bitki yağları tərkibində xolesterin olmadığına görə kaloriliyin eyni olmasına baxmayaraq heyvani yağlardan daha məqbul hesab olunur.
Lakin çəkisini azaltmaq istəyən xəstələr hər iki yağın istifadəsini azaltmalıdırlar. Əgər salatlarda smetan, mayonez, bitki yağından istifadə edirsinizsə, sizin ariqlamağınız çətin olacaq, çünki bu ərzaqların hər üchunun kaloriliyi eynidir. əgər sizin qarşınızda artıq çəki problemi yoxdursa, onda siz qanda xolestərini yoxlatmalı və o normadan artıqdırsa, onda qidanın tərkibindəki həyvani yağları bitki yağları ilə əvəz etməlisiniz və nəhayət əgər sizin artiq çəki toplamaq riskiniz yoxdursa , xolesterin normaldırsa, siz istənilən yağdan istifadə edə bilərsiniz. Karbohidratlar - kimyəvi quruluşuna görə şəkərlərin çoxlu müxtəlif növləri vardır.
Bəziləri mürəkkəb molekulardan ibarət olub, mürəkkəb şəkərlər adlanır. Digərlərinin strukturu daha sadə olub - bunları sadə şəkərlər adlandırırlar. şəkərlərin bütün mümkün olan növlərinin məcmusu karbohidratlar adlanan kimyəvi sinifdə birləşir. Deməli karbohidratlar - şəkərlərdir və molekularının quruluşundan asılı olaraq onların arasında xüsusi ierarxiya var. Bu ierarxiyaya əsaslanaraq onları bu ardıcıllıqla düzmək olar: ən sadələr:
monosaxaridlər, mürəkkəbləri: disaxaridlər, və ən mürrəkəblər: polisaxaridlər. Bu şəkər karbohidratlarının yalnız keyfiyyətcə təsviridir. Bu klassifikasiya aşağıdaki cədvəldə göstərilib: Molekulyar struktyrunun murəkkəbliyinin artma qaydasi ile qida karbohidratlarinin yerleshmesi. Bu cədvələ keçməzdən əvvəl bir neçə qeydlərə nəzər salaq. Birincisi, molekullarının quruluşuna görə klassifikasiyadan başqa, karbohidratlar qidalanma nöqtei nəzərindən - insan orqanizmi tərəfindən mənimsənilən və mənimsənilməyənlərə bölünürlər. Çörəkdə, meyvə və tərəvəzdə olan karbohidratları bizim mədəmiz həzm edir, lakin tərkibində mürrəkəb karbohidrat-sellüloza olan oduncağı həzm etmir.
Ikincisi, həzm etmək - nə deməkdir? Bu termini dəqiqləşdirək; karbohidratların həzm olunması - disaxaridlərin və polisaxarildlərin mədə şirəsi ilə sadə şəkərlərə - monosaxaridlərə bölünməsi deməkdir.
Məs. sadə şəkərlər qana sorulur və hüceyrələr üçün qida mənbəyidir.
Üçüncüsü karbohidratlarla zəngin olan qida tərkibində mənimsənilən karbohidratlardan başqa, mənimsənilməyən karbohidratlarda olur. Bunlar qida lifləri, sellüloza və pektin maddələridir ki - çörəkdə, buğda və tərəvəzlərdə rast gəlinir.
Onlar həzm olunmada böyük rol oynayır: bağırsaqların işini stimullaşdırır, toksik maddələri və xolesterini absorbsiya edir.
Gələcəkdə bunları biz ümumi terminlə - sellüloza adlandıracağıq.