Sədaqətli olmağı kimlərdən öyrənək

Son güncelleme: 14.09.2014 11:03
  • İnsanlarla heyvanlar arasında olan dostluq ,
    insanlar arasında olan dostluqdan daha sədaqətlidir. Onlar özlərinə dost bildikləri
    insanlara heç vaxt xəyanət etməzlər. Az eşitməmisiniz, insanlarla itlərin, delfinlərin, atların,
    pələng və şirlərin arasında olan dostluqlarını. Sizlərə bir neçəsini qısa danışacam.

    Vəhşi heyvanlar kralı hesab edilən şir, bir kişi ilə səmimi dostluq etməyə belə qadirdir. Vəhşi heyvanların davranış xüsusiyyətləri üzrə ekspert, 32 yaşlı Kevin Richardson nəhəng pələnglə nə dərəcədə yaxın dostluq etdiy bütün dünyaya səs salmışdır.

    Kevinə “Heyvanların cadugəri” adıda vermişdilər. O vəhşi heyvanlarla
    ünsiyyətdə olanda heç bir saniyədə olsa qorxu keçirməyir. Heyvanlarla uzunmüddətli
    ünsiyyətdə olduğundan, demək olarki bütün vəhşı heyvanlar, pələnglər, şirlər hətta kaftarlar
    onu özününkü kimi qəbul edirlər. Lakin Kevinin ən sevimlisi şirlərdi. Kevin onları qucaqlayır,
    tumarlayır və onlarla oynayır. Kevinlə onların arasında qarşılıqlı rəğbət hissi var. Onlar Kevini 1 göz qırpımında
    parçalya bilərlər, lakin onların bu insana qarşı olan reğbətlərinin təsiridirki
    necə ildir dostluq edirlər, hətta onunla oynayandada
    çox ehtiyatlı oynayırlarki Kevini əzib incitməsinlər.

    İtlər insanların ən sədaqətli dostu olduğunu hamımız bilirik.
    Talyatidə sahibi avtomobil qəzasına uğramış bir it (Konstantin) , 7 il öz sahibinin qayıdacağını
    düşünərək , qəzaya uğradığı yerə gəlir hərgün və onu gözləyir.
    Sahibinin qəzaya uğradığı maşın qırmızı rəngində oldugundan , həmin yoldan qırmizi rənglı maşın gəldiyini
    görən kimi qaçırmış maşının qarşısına.

    7 il soyuqda , şaxtada, yayın istisində
    öz sahibinə sədaqətli qalan itin, elə sahibini gözlədiyi yerdə cəsədini tapırlar.

    Belə hadisələrin sayı çoxdur. Görəsən insanlarda
    dostluqda belə sədaqətli olarlarmı?

    Ölümündən sonrada sahiblərinə sədaqətli qalan heyvanlardır.
    Arqentinalı Migel Quzman 2006 cı ildə vəfat edir. Onun Kapitan adlı iti Migelin ölümündən sonra
    evdən çıxıb gedir. harda oldugu məlum olmur.
    Migelin həyat yoldaşı qəbiri ziyarətə gələndə iti orda görürlər.
    İt bunları göür sevinir, lakin onlarla evə qayıtmır. Qəbristanın işçiləri o
    itə yemək verirlər, itin bir saatda olsa qəbristanlığı tərk etmədiyini deyirlər
    , harasa getsədə tez bir müddətdə qəbrin yanına qayıdır və gecə-gündüz orda qalır.

    Ümumiyyətlə tək itlər deyil bir çox heyvanların
    dostluğundan nümunə gətirmək olar.

    Sədaqətli olmağı kimlərdən öyrənək?

    alıntı
#14.09.2014 11:03 0 0 0