Qul olmağı öyrəndim

Son güncelleme: 07.02.2013 07:03
  • Allaha olan sevgi haqqında şeir - Qul olmağı öyrəndim şeirin oxu


    Pərən düşdü arzularım,
    Əsir oldu, ixtiyarım,
    Tapdandıqca duyğularım,
    Yol olmağı öyrəndim.

    Yar alçaltdı, mən ucaldım,
    Ömür keçdikcə qocaldım,
    Ürəyimə, ləkə saldım,
    Xal olmağı öyrəndim.

    Olmayanı necə gəzim,
    Boşuna gözlədi gözüm.
    Ürəkdə qaldıqca sözüm,
    Lal olmağı öyrəndim.

    Rəhimli, çəkmə ahını,
    Tövbənlə yu, günahını.
    Tanıdıqca Allahımı,
    Qul olmağı öyrəndim.

    alıntı
#07.02.2013 07:03 0 0 0