- Ey Allahın Rəsulu, uşağımın gözləri yaxşı görmür. Sən ona əlac et.
- Ya Məhəmməd, oğlumun ayağı at çaparkən sınıb. Ümid sənədir.
Peyğəmbər etdi. Dərman verdi. Uşaq sağaldı.
- Ya Rəsulallah, cavan qardaşımın qılınc yarası hələ də işləyir. Səndən kömək.
Az keçməmiş cavan oğlan sağalıb İslam yolunda yenə vuruşlara getdi
- Ya Peyğəmbər, arvadımın qulaqları ağır eşitməyə başlayıb. Səndən mədəd.
Peyğəmbər söz verdi ki, dua edər arvad sağalsın.
Sonra əlavə dedi:
- Ey mö’min müsəlmanlar, torpağımızda nə qədər loğman kimi həkimlərimiz var.
Həkimlərin də öz ruzusu var. Onların ruzusu – onların insanlara sağlamlıq
gətirən sənətindən çıxır.
Insanların çörəyinə bais olmaq – Peyğəmbərə yaraşan iş deyil. Çünki, günahdır.
Allah hər bir canlının ruzusunu layiqincə bölüb verib: həkimin, rəncbərin də,
göyərçinin, qartalın da. Qaranquşun, sərçənin də.
Hər kəs, hər canlı öz Allah payına hörmət etməli və qane olmalıdır...
- Ey Allahın Rəsulu, uşağımın gözləri yaxşı görmür. Sən ona əlac et.
- Ya Məhəmməd, oğlumun ayağı at çaparkən sınıb. Ümid sənədir.
Peyğəmbər etdi. Dərman verdi. Uşaq sağaldı.
- Ya Rəsulallah, cavan qardaşımın qılınc yarası hələ də işləyir. Səndən kömək.
Az keçməmiş cavan oğlan sağalıb İslam yolunda yenə vuruşlara getdi
- Ya Peyğəmbər, arvadımın qulaqları ağır eşitməyə başlayıb. Səndən mədəd.
Peyğəmbər söz verdi ki, dua edər arvad sağalsın.
Sonra əlavə dedi:
- Ey mö’min müsəlmanlar, torpağımızda nə qədər loğman kimi həkimlərimiz var.
Həkimlərin də öz ruzusu var. Onların ruzusu – onların insanlara sağlamlıq gətirən
sənətindən çıxır.
Insanların çörəyinə bais olmaq – Peyğəmbərə yaraşan iş deyil. Çünki, günahdır.
Allah hər bir canlının ruzusunu layiqincə bölüb verib: həkimin, rəncbərin də,
göyərçinin, qartalın da. Qaranquşun, sərçənin də.
Hər kəs, hər canlı öz Allah payına hörmət etməli və qane olmalıdır..