Allah bütün arzularımızı dualarımızı qəbul etsin

Son güncelleme:
  • Səmimiyyətlə edilən hər duani Allah qəbul edər. Ancaq cavab vermək

    ayrıdır, qəbul etmək ayridir. Lakin qəbul etdikdən sonra istədiyinin eynisini vermək Allahın hikmətinə

    tabedir. Allah qəbul edilən dualara üç cür cavab verər:

    1. Istəniləni həmin vaxt verər.

    2. Bəzilərinə həmin vaxt cavab verməz, duada istəniləni gecikdirər.

    3. Cavab dünyada verilməz, axirətə saxlanilar və cənnətdə qabagina mükafat olaraq çıxar.

    Allah bunları hikmətə uygun edər. Bəzən qulunu sınamaq üçün gecikdirər. Duaya cavabın gecikməsi ilə

    insan allaha üsyan edəcəkmi? Qulun duada olan səmimiyyəti necədir?

    Bəzəndə bu duanın qulu üçün sonralar çox pis fəsatlar törədəcəyini bilib onun duasina cavab verməz,

    lakin bunun əvəzini axirətdə verəcək. Bu dünyada fani verəcəyini axirətdə əbədi olaraq

    verəcək...əsas olan buna təmiz qəlblə inanmagımızdır...

    Dua möminin ən güclü silahıdır. Etdiyi dua ilə insan Allah qarşısında acizliyini etiraf edər, Allaha sığınar.

    Dua etmək sərbəst olduğu üçün hər bir kəs əllərini acib rəhmət qapısında dilənə bilər.

    Dua edərkən əllərimizi acib geri çevrilməyəcəyimizə tam inanaraq , təmiz niyyətlə dua etməliyik. Bizlər

    birdə əllərimizi açmaqla bərabər könlümüzüdə acmalıyıq. Könlümüzü açıb kamil imanla dua

    etməliyik.duamızın sadəcə Allah tərəfindən qəbul ediləcəyini düşünməli və bu dərdə ondan başqa

    məlhəm olmadığını qəti olaraq bilməliyik. dua edərkən bir şeyidə unutmamalıyıq ki, tək özümüzü

    düşünmək olmaz. Arzuladıgımız bizim üçün xeyir, başqası üçün şər ola bilər.

    Bəzən elə bir şey olur ki, onun həyata keçməsinə inanmırıq, deyirik bu qeyri-mümkündür.. amma bir

    şeyi unuduruq həyatda mümkün olmayan heçnə yoxdur.. hər şey insanin əməlinə, təmiz niyyətinə

    baglıdır.Qəlbdə inam və iman olduqdan sonra hər şey mümkündür.

    Qurani-kərimdə “Mənə dua edin, cavab verim ” deyə buyurulur..


    Allah bütün arzularımızı, dualarımızı qəbul etsin.amin!

    alıntı
0 0 0