Anam Cənnətdə Əhlibeyitə qonşu olsun

Son güncelleme:
  • 1. Özünüzü təqdim edin.

    - Salamova Ləman.

    2. Dünya sizin üçün nədir? Bəs axirət?

    - Dünya bir sınaq bir imtahandır... Axirət əbədi haqq dünyamızdır.

    3. Saytda kimi daha yaxından tanıyırsız?

    - Müslümanka... Amma hər kəsi daha yaxından tanımaq istərəm.

    4. Allahın insanlara 5 əmri var.

    · Kəlmeyi şəhadət

    · Namaz

    · Oruc

    · Zəkat

    · Həcc

    Bunlardan hansına əməl edirsiniz?

    - Allahın izni ilə ilk üçünə əməl edirəm. İnsallah digər ikisinə də əməl edəcəm.
    İnşAllah!

    5. Allahdan ən böyük arzun ?

    - Allahımdan ən böyük diləyim günahsız yaşamağım və anamın Cənnətdə Əhlibeytə qonşu

    olmasıdır.

    6 . Bir gün valideyin olsanız övladınızın necə olmasını istərsiz?

    - Əməli saleh və namaz əhlindən olmasını çox istərdim.

    7. Tale, qismət, alın yazısı.

    - Allah bilən məsləhətdir.

    8. Həyatda dostunuz çoxdur, yoxsa düşməniniz?

    - Dostum çoxdur... Tək düşmənim var o da şeytandır...

    9. Qismətinizi seçmək sizin ixtiyarınızda olsaydı necə birini seçərdiniz?

    - Qəlbində Allah sevgisi və dili dualı birinin olmasını istərdim...

    10. Ölüm sizin üçün nədir? Ölümdən qorxursunuzmu?

    - Ölüm Haqq dünyasına qovuşmaqdır... ölümdən qorxmuram sadəcə günahlarımla üzləşməkdən

    qorxuram.

    11. Həyatda heç peşman olmusunuzmu?

    -Bəli olmuşam.

    12. Ən çox sevdiyiniz zikr?

    - Allahu Əkbər, La ilahə İlləllah.

    13. Həyatda etdiyiz ən böyük səhf?

    - Allahımın əmanət verdiyi cana xəyanət etməyim, Allah günahımı bağışlasın

    14. Sayta gəliş səbəbiniz?

    - İmanımı artırmaq üçün gəlmişəm.

    15. Saytda necə dəyişiklik olsun istərdiniz?

    - Şükür yaxşıdı hər şey... Allah Tural qardaşımızdan sonsuz razı olsun.
    Amin!

    16.Hicablısız ?hicabsız xanımlara nə demək isdərdınız?

    - Təəssüf edirəm ki, hicabsızam...Hicabsız xanımlara deyəcək bir sözüm yoxdur, çünki mən də

    hicabsızam. Allahım hər bir qadınımıza hicab nəsib etsin... İnşallah mən də bir gun hicablı xanım

    olaram.

    17. Sayta özünüzün hazırladığı əl əməyi göz nuru hər hansı xəbər əlavə etmisiz ?

    - Xeyir etməmişəm.

    Allah razı olsun inşAllah!

    alıntı
0 0 0