Allah bizlərə son nəfəsimizdə tövbə etməyi qismət etsin

Son güncelleme:
  • 1. Özünüzü təqdim edin.

    -Allahın Salamı Rəhməti Bərəkəti və Salavatı üzərinizə olsun.Süleymanova Qəmər. Salam əleykə!
    2. Dünya sizin üçün nədir?Bəs axirət?

    -Dünya-sanki bir yol gedirəm,yolda dayanıb 5-10 dəqiqəlik bir mənzərəni izləyirəm,bu mənzərə də dünya adlanır.Axirət haq-ədalət,valideynin balanı,balanın valideyni tanımadığı hesab günüdü,bir çox insanı təəccübləndirəcək gündür.Allah bizi o gün cənnətlik bəndələrindən etsin.

    3. Sayitimiza necə daxil olmusan.

    -İlk daxil olduğum köhnə sayt idi,böyük qardaşımın sayəsində saytla tanış oldum,elə burdan da qeydiyyatdan keçmə səbəbim qardaşımdır.
    Çünki bura artıq mənə doğmadı,saytda tanıdığım hər bir kəsi də öz doğma bacım-qardaşım qədər çox istiyirəm.

    4. Allahın insanlara 5 əmri var.

    · Kəlmeyi şəhadət

    · Namaz

    · Oruc

    · Zəkat

    · Həcc

    Bunlardan hansına əməl edirsiniz?

    -Hələlik bunlardan ilk 3-ünü yerinə yetirmişəm,İNŞALLAH o biriləri də yerinə yetirmək qismət olar.Allah bu beş əməlin hammısını yerinə yetirmədən bizim canımızı almasın.
    5. Səbr imanın yarısıdır, səbrlisinizmi?

    -Səbirli olmağa çalışıram,amma son vaxtlar bunu yaxşı bacarmıram.Allah hamımıza səbr versin.
    İnşAllah!
    6. Həyatda eşidiyin ən dəyərli söz?

    -*Hər cəhətdən əlaçı olmasan,müsəlman sayılmazsan*
    Bu söz məni dərin yuxudan oyatdı,Allah bu sözü mənə deyənin canını sağ etsin,ömrü uzun və imanla dolu olsun.

    7. İnamla yoxsa ümidlə yaşayırsan?
    -Hər ikisi ilə,Allaha hər zaman inanıram,ümid edirəm ki,məni də möminə bəndələrindən qərar verər.

    8. Həyatda dostunuz çoxdur, yoxsa düşməniniz?

    -Dostlarım çoxdur,düşmənim isə iki nəfərdir-nəfs və şeytan.

    9. Həyatda xoşbəxtliyin üçün nə etmisən ve ya edersən?

    -Öz xöşbəxtliyim üçün sayta daxil oldum,namaz qılmağa başladım,Günahkar Bəndə qrupuna qoşuldum və s.amma özümdən çox ətrafımdakı insanlar xöşbəxtliyim üçün çalışırlar,Allah onlardan Razı olsun.

    10. Ölüm sizin üçün nədir? Ölümdən qorxursunuzmu?

    -Ölüm mənim üçün haqqa qovuşma,bir növ gözlərindəki pərdələrin götürülməsi,özünü tanıma anı,özümün bu həyatda nəyə çatdığımı bilmək,bir ömür ərzində kim olduğumu öyrənməkdir.Bəli,ölümdən qorxuram,ondan da çox qəbr əzabından,lap çox günahlarımı görməkdən-anlamaqdan qorxuram.Allah bizlərə son nəfəsimizdə tövbə etməyi qismət etsin.

    11. .Ən çox ediyin dua?
    -İmam Zaman (ə.f) Ağanın salamatlığı üçün olan dua və Fərəc duası.Allah dualarınızı qəbul etsin Allah qəbul etsin.Amin inşAllah!
    12. Ən çox sevdiyiniz zikr?

    -Fatime Zəhra (s.ə)-ın zikri.

    13. Deyirlər ki ,yaşamaq gözəldir,Bəs sənin üçün yaşamağın mənası varmı?


    -Bəli,yaşamaq yəni axirətə hazırlaşmaq,yaşamaq yəni öyrənmək-anlamaq,yaşamaq yəni Peyğəmbər (s) və onun Əhlibeytini sevmək deməkdir,ən əsası isə Allaha bəndə olmağa çalışmaqdır.Əgər insan zamanını boşa xərcləyirsə,onda onun üçün yaşamağın mənası olmur,bütün günahların kökü boşluqdur,çünki boş vaxtı olmayan adamın günah etməyə də zamanı olmur.
    14.Saytda necə dəyişiklik olsun istərdiniz?


    -Tural qardaş nə dəyişiklik etsə razıyam,özümün elə də böyük bir fikrim yoxdur.
    15. Arzularının hamısını həyata keçirmisən..?
    -Əksəriyyətini.


    alıntı
0 0 0