Sosial şəbəkələrdə fəallığın zərərləri

Son güncelleme:
  • Şübhəsiz ki, sosial şəbəkələr - geniş imkanlar açan böyük texnoloji naliyyətdir. Belə ki, bir veb-səhifədə dostlarla ünsiyyət saxlamaq, xəbərləri oxumaq, video izləmək, musiqi dinləmək, bütün bunları digər iştirakçılarla bölüşmək, müzakirələrdə iştirak etmək, maraqlar üzrə birləşmək mümkündür. Bütün bu imkanlar bir veb-səhifədə cəmləşib. Lakin bu imkanlarla yanaşı, zərərlər də var. Demək olmaz ki, sosial şəbəkələr büsbütün zərərlərdən ibarətdir. Düzgün və intizamlı yanaşma ilə kifayət qədər faydalar əldə etmək olar. Lakin sosial şəbəkələrdə fəallıq zamanı hər an psixikamıza zərərli nəticələrin əks olunacağı riski mövcuddur.

    Sosial şəbəkələr böyük potensiala malik olduqlarından, asılılığa çevrilməsi təhlükəsi var. Bunun bir neçə səbəbi var. Birincisi bundan ibarətdir ki, sosial şəbəkələrdə fəallıq insan beynində həzz almaq mərkəzlərini qıcıqlandırır. Belə ki, şəklimizin altında xeyirxah bir şərh görəndə müsbət cavab və “like” alanda, müsbət emosiyalar hiss edirik. Və yenidən bu emosiyaları əldə etmək istəyi bizi sosial şəbəkələrdə daha çox vaxt sərf etməyə vadar edir.

    İkinci səbəb - sürət və əlverişlikdədir. Sosial şəbəkələrdən istifadə edən insan qısa bir zaman içində xeyli sayda müxtəlif informasiya əldə edir. Belə sürət və əlverişlilik istənilən asılılığın yaranması üçün mühüm müqəddimələrdir. İnsan instinktiv olaraq həzzə nail olmaq üçün asan yollar axtarır.

    Sosial şəbəkələrdə vaxt keçirmək asılılığı müxtəlif problemlərə yol açır:

    1. Fikirin təmərküzləşməsi ardıcıllığının aşağı düşməsi.

    Sosial şəbəkələrdə məlumatlar istifadəçilər tərəfindən tez, necə gəldi və az miqdarda mənimsənilir. Misal üçün, qısa şərh oxudu, cavab verdi, dərhal xəbərləri açdı oxudu, birdən elm haqqında maraqlı məqaləyə gözü sataşdı və oxumağa başladı, paralel olaraq musiqini qoşdu, bu zaman dostundan mesaj gəlir, məqaləni yarımçıq qoyur, görsün ki, dostunda nə yeniliklər var. Xeyli sayda müxtəlif informasiyalar əldə etsə də, hamısı yarımçıq olur. Beyin məlumatla belə işləməyə öyrəşir və tədricən nəyinsə üzərində davamlı fikir saxlamaq qabiliyyətini itirir. Fikir və hiperaktivlik defisiti sindromu inkişaf edir. Belə ki, bir veb interfeyslə iş - özündə ünsiyyət, musiqi dinləmə, görüşlərin müzakirəsi, xəbərlər və təəssüratların paylaşması və sairəni cəmləyəndə, istifadəçidə hər şeyə birdən başlama və paralel olaraq bir neçə prosesi yerinə yetirmək cazibəsi əmələ gəlir. Bu da insanın düşünmə qabiliyyətlərinə mənfi təsir edir. Misal üçün, kitab oxumağa davamlı fikir ayırmaq çətin olur. İnsan ağlı əldə edilmiş vərdiş əsasında bir mövzudan digər mövzuya keçməyə başlayır. Və diqqət daimi yayındığından, bir məsələ üzərində ardıcıllıqla fikirləşmək, götür-goy etmək çətinliyi yaranır.

    2. İnformasiya asıllılığı.

    Sosial şəbəkələr müəyyən mənada beyin üçün saqqıza çevrilə bilərlər. Belə ki, biz daim hansısa məlumat əldə etməyə vərdiş edirik və bu, baş verməyəndə informasiya sıxıntısı hiss edirik. Bu, o vaxt təzahür edir ki, beyinə az məlumat daxil olur və insan hətta təbiətdə istirahət etsə də, rahat olmur. Beyin hər gün sosial şəbəkələrdən məlumat əldə etməyə vərdiş etdiyindən, yeni porsion məlumat tələb edir.

    3. Yorğunluq və stress.

    Sonu olmayan məlumat axını və bir-birini əvəz edən emosional təəssüratlar rejimində çalışaraq, beyin çox yorulur və orqanizm stress keçirir. Bundan başqa sosial şəbəkələrdə iş zamanı insan monitora baxmasına və nə oxumasına rəğmən, belə fəaliyyətin artıqlığı öz-özlüyündə yorğunluğa gətirib çıxardır.

    4. İntellektin aşağı düşməsi.

    İnsan sosial şəbəkələrdə çox vaxt keçirəndə, onun beyni əsasən mənasız və məqsədsiz fəaliyyətlə məşğuldur. Bunu mükəmməl intelektual iş adlandırmaq olmaz. Belə ki, insan daxil olan informasiyanın keyfiyyəti haqda düşünmədən, sadəcə beynini nə iləsə məşğul edir. Bunun əvəzinə nə isə haqda düşünmək, həyati məsələləri həll etmək, gələcək üçün plan qurmaq, faydalı ideya fikirləşmək, yaxşı kitab oxumaq olardı. Lakin insan beyni sonsuz internet məlumatları əldə etməyə yüklənəndə, bu, onu düşünməyən zombiyə çevirir. Məlumat tez və fasiləsiz daxil olduğundan, faktiki olaraq insan onu həzm və götür-goy etməyə çatdırmır. Əldə olunan təəssüratlara cavab olaraq, emosiyalar inkişaf etmir, çünki bunun üçün zaman və sakitçilik tələb olunur. Təlaşlı informaiya əldə etmək şəraitində isə bu zaman və sakitçilik yoxdur. Elə bir insan soyuqla istini, duzlu ilə şirini qarışdıraraq, çeynəmədən xəmir xörəkləri, salat, sulu yeməkləri və şirniyyatı udur. Belə halda o deyə bilməz li, ən çox nə xoşuna gəldi, çünki o, hər şeyi mümkün qədər tez udmağa tələsirdi və qiymətləndirmənin formalaşması və emosional cavab üçün heç vaxt da yox idi.

    Maraq və həvəs kimi emosiyalar psixikada tam formalaşmadan yoxa çıxır, çünki bir məlumat dərhal digəri ilə əvəz olunur.

    Bütün bunların baş verməməsi üçün sosial şəbəkələrdə fəaliyyəti məhdudlaşdırmaq lazımdır.

    Azər Cabbarlı

    alıntı
0 0 0