Dövrümüzün ən acılı problemlərindən olan, həllinə kəskin ehtiyac duyulan ailədaxili münasibətlərdən yazmaq istədim. Bu mövzuda çox məqalələr yazılır. Problemin həllində kişinin və xanımın atdığı addımların vacibliyindən söhbətlər və şərhlər yazılır. Kimisi xanımı günahlandırır, kimisi də qarşı tərəfi günahlandırır. Bu movzuda qayınnanalar da mühüm rol oynayır.
Lakin mənim bir fərd olaraq, bir məqam marağımı özünə cəlb etdi. Söhbət bəzi xanımların bəzi rəfiqələrindən gedir.
Sən demə, elə rəfiqələr var ki, ailə münaqişələrinə su səpmək əvəzinə, od qalayır. Özünün ailə vəziyyətini, şəxsi problemlərini rəfiqəsinin ailəsində görmək istəyir. Həmin rəfiqə məsləhət verənlər kimi, xanımın həyatına müdaxilə edib, ailədə münaqişələr yaradır.
Bəzi xanımlar var ki, həyat yoldaşı ilə söhbəti düşən kimi “sevimli bacı” adlandırdığı rəfiqəyə zəng eləyib, ondan məsləhət alırlar. Halbuki Peyğəmbərimizin (s) buyurduğu mübarək kəlamları bircə dəfə də olsun öz xeyirləri üçün oxuyub, müsbət nəticə çıxartmırlar.
Çox yox, rəfiqələrdən birinin xanımlardan birinə dediyi bir sözü heç cür həzm edə bilmirəm: “Yoldaşını tərbiyələndir. Onunla ən azı üç gün danışma. Yeməyini qabağına qoyma. Gör sənin qədrini necə biləcək”. Budurmu nəsihət?! Budurmu düzgün yol?! Budurmu ləyaqətin təməli?
Demirəm nəsihət almayın. Alın, mütləq alın! Lakin kamil insandan, səndən yaşca böyüklərindən. Məncə problem xanımın elə bu cür rəfiqələrin olmasıdır ki, xanımı qoymur ləyaqətli olmağa çalışsın. Həyat yoldaşı nə qədər sərt olsa da, yenə sənin həyatında önəmli şəxslərdən sayılmalıdır. Bir müsəlman xanımın çox alicənab hərəkəti var idi ki, cahil həyat yoldaşını dondərib mömin etdi. Həyat yoldaşı onu danlasa, bəzən əziyyət versə də, ixlasla bir kəlməni zikr edərək, yoldaşına xidmət edir və onun aqibəti üçün səbir edərdi.
“Lə həvlə və lə quvvətə illa billahil-aliyyil-azim” zikri, onun bu ixlası ailəsinin möhkəm təməlinə gətirb çıxartdı.
Beləliklə, ailənin təməli İlahi dəyərlər üzərində bərqərar olsa, bu ailə mütləq möhkəm olacaq. Və xanım ixlasla, səbirlə, Allaha təvəkkül edərək ailədə xanımlıq etsə, mütləq müsbət nəticələr
Hamıya ailə səadəti diləyi ilə...
Yeganə Kərimova
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası