Səs

Son güncelleme:
  • 1146. Səsi uçaltmağın qadağan olması

    Quran:

    «Yerişini rahat yeri (nə çox tez, nə də çox asta yeri) və (danışanda) səsini ucaltma ki, səslərin ən pisi uzunqulağın səsidir.»

    Hədis:

    3710. Allahın Peyğəmbəri (s): «Allah-taala asta səsi sevər və uca səsə (qışqıra-qışqıra danışmağa) nifrət edər.»

    3711. Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyəsində): «Ey Əbuzər! Cənazələrin dəfnində, müharibədə və Qur‘an oxunanda səsini astadan çıxar.»

    3712. İmam Əli(ə): «Üç şey alicənablıq əlamətidir: baxışları aşağı salmaq, səsi astadan çıxarmaq və yolu rahat yerimək.»

    3713. İmam Əli(ə): «Astadan danışmaq, baxışları aşağı salmaq, rahat yol yerimək imanın və gözəl dindarlığın nişanələrindəndir.»


    Kitabın adı: Mizanul-Hikmət (xülasəsi) 2-cild

    alıntı
0 0 0