Millimiz İtaliyaya uduzdu

Son güncelleme: 12.10.2014 00:58
  • "Avro-2016"nın seçmə mərhələsində II turun oyunları davam edir.

    Azərbaycan millisi seçmə mərhələdə ikinci matçına çıxıb.

    Berti Foqtsun komandası Palermoda İtaliyanın qonağı olub. İlk oyunda Bakıda Bolqarıstana 1:2 hesabı ilə uduzan millimiz bu görüşdən xalla ayrılmağa çalışırdı.

    Lakin qrupun aşkar favoriti olan İtaliya buna imkan verməyib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hər üç qolu Corcio Kyellini vurub.

    Xatırladaq ki, komandamız "Avro-2004"ün seçmə mərhələsində də İtaliya ilə eyni qrupda mübarizə aparıb. Həmin vaxt millimiz evdə rəqibinə 0:2, səfərdə isə 0:4 hesabı ilə uduzmuşdu.

    alıntı
#12.10.2014 00:58 0 0 0