Fayl bazarı böyüyür

Son güncelleme:
  • IDC tədqiqat firması daima İT bazarının ən müxtəlif seqmentlərini araşdırır. Bu cür seqmentlərdən biri faylların sinxronlaşdırılması və birgə istifadəsi (File Synchronization and Sharing, FSS) üçün alətlərdir. Bu həllərə tələbat sürətlə artır və yaxın vaxtlarda yüksək tempini saxlayacaq.

    Müxtəlif miqyaslı şirkət və təşkilatların əməkdaşlar arasında kontentin ötürülməsi və istənilən qurğudan ona çıxış imkanı yaradan proqram təminatından (əsasən bulud) istifadəsindən söhbət gedir.

    IDC-nin qiymətləndirməsinə əsasən, 2013-cü ildə fayl mübadiləsi və sinxronlaşdırma proqram təminatının satış həcmi ötən illə müqayisədə 115% artaraq 805 milyon dollar olub. Yaxın beş ildə bu bazarın həcmi ildə orta hesabla 23,1% artaraq 2018-ci ilədək 2,3 milyard dollar təşkil edəcək.

    Apple, Box, Citrix, Dropbox və Microsoft şirkətləri faylların sinxronlaşdırılması və birgə istifadəsi üçün ən böyük proqram təminatı istehsalçılarıdır.

    alıntı
0 0 0