vəsaitlər:
3 ədəd yumurta
2,5 su stəkanı un
Yarım su stəkanı badam unu
1 su stəkanı toz şəkər
1 su stəkanı duru yağ
1 paket qabartma tozu
2 su stəkanı kök rəndəsi
1 su stəkanı qatıq
1 paket vanil
Yarım çay qaşığı darçın
Bəzəməsi üçün :
2 paket krem şanti
1 su stəkanı süd
Hazırlanması:
Kökləri robotunun rəndə başlığını taxaraq rəndələyin və kənara alın.
Badamı robota alın və un kimi olana qədər üyüdün.
Yumurta və toz şəkəri robotda yüksək sürətdə qar kimi olana qədər çırpın. Duru yağ və qatığı əlavə edərək yaxşıca qarışana qədər çırpın (bütün vəsaitin otaq istiliyində olması çox əhəmiyyətlidir ).
Un , badam unu , qabartma tozu və darçını keks qabına əlavə edərək çırpmağa davam edin.
Son olaraq rəndələnmiş kökü əlavə edərək qarışdırın.
Silikon və ya kağız kağızlarını düzün . Keks xəmirini qəliblərə paylaşdırın . 180 dərəcə əvvəlcədən qızdırılmış sobada 25-35 dəqiqə bişirin. 25 dəqiqənin sonunda kekslərin birinə bir dişqurdalayan batırın. Əgər quru çıxarsa olmuş deməkdir.