vəsaitlər:
■ 12 ədəd etimek(hazır satılır)
■ 2 şorba qaşığı cem
■ 1 stəkan su
■ 1 ədəd yumurta sarısı
■ 1 şorba qaşığı un
■ 1 şorba qaşığı nişasta
■ 1 stəkan toz şəkər
■ 3 stəkan süd
■ 1 şorba qaşığı marqarin
■ 1 paket vanil
■ 15 ədəd çiyələk
■ 1 ədəd kivi
■ 1 ədəd banan
■ 1 paket jele
■ 1 şorba qaşığı şirniyyat
■ 1/ 2 paket krem
Hazırlanması:
Biskvitləri kənarı yüksək şüşə (kvadrat və ya dairəvi , 30 sm Genişliyində ) yerləşdirin. Cem ilə 1 stəkan suyu qarışdırıb , üzərinə tökün. Kənarda gözlədin.
Yumurtanın sarısını , un , qarğıdalı nişastası və şəkər ilə çırpın. Südü əlavə edin. Qarışdıraraq , pudinq kimi bişirin . Qaynamağa başlayınca içinə marqarini və vanil atıb , qarışdırın. Altını bağlayın. Mikserlə 5 dəqiqə çırpın. Biskvitin üzərinə kremin yarısını tökün. Şkafda 1 saat qədər gözlədin. Dilimlədiyiniz çiyələk , kivi və bananı düzün.Jeleni 2 stəkan suyla əridin , üzərinə 1 stəkan soyuq su qoyun.
Jele soyuduqdan sonra kremi pozmadan , meyvələrin üzərini bağlayacaq şəkildə yavaşca tökün. Şkafa qoyun. Donunca , qalan kremi əlavə edin. 30 dəqiqə daha şkafda gözlədin. Yarım paket krem də üzərinə tökün. Təkrar şkafda gözlədin.Servis edin.