Vəsaitlər:
1 ədəd avokado, 1 çay qaşığı bal, 1 ədəd yumurta sarısı, 3 yemək qaşığı zeytunyağı
Necə tətbiq olunur?
İlıq bir duş qəbul edin. Buxar məsamələrinizin açılmasını və daha təsirli bir təmizlik etmənizi təmin edir. Əvvəlcə yetkinləşmiş avokado meyvəsinin qabıqlarını yaxşıca soyun. Kiçik bir qabın içində avokadoları əzin. İçinə bir çay qaşığı bal əlavə edin. Bal, mikrobları öldürür, dəridəki iltihablanmaları və qabarmalar azaldır. Ardından, ayrı qabda çırpmış olduğunuz yumurta sarısını içinə əlavə edib yaxşıca qarışdırın. Qarışdırma əsnasında içinə üç yemək qaşığı zeytunyağını da yavaş-yavaş əlavə edin. Son mərhələdə, qarışığı üzünüzə bol miqdarda sürtüb yarım saat gözləyin. Maskanı çıxarmaq üçün, çiçək suyu ya da dəmlənmiş bir bitki çayı istifadə edin. Normal sudan daha yaxşı nəticə verən bu losyonlar maskaların daha asan toplanıb təmizlənməsinə köməkçi olar. Gənclik mineralı olaraq bilinən kalium baxımından zəngin olan avokadolar dərinizin işıltılı və sağlam görünməsini təmin edir.