Dahada çoxalır böyüyür dərdim

Son güncelleme: 28.10.2014 11:55
  • Dahada çoxalır,böyüyür dərdim.
    Özləmək azalmır,nə də bitməyir.
    Məndən ixtiyarsız darıxır qəlbim.
    Daha şəkillərdə kömək etməyir...

    Bildiyim ən gözəl səs idi o səs.
    Amma unutmuşam o gözəl səsi..
    Daha xəyallarda görürəm, Heyf,
    Bir zaman yanımda gördüyüm kəsi...

    Qoy daşsın dənizlər,fırtına qopsun.
    Artıq yaşamağı tutmuram baha.
    Sadəcə ürəyim rahatlıq tapsın.
    Sevmək həvəsində deyiləm daha...

    Onsuz bu həyatda yanıb bitmişəm.
    Düşəcəm nə üzlə mən cəhənnəmə.?
    Gözümün yaşların qurban etmişəm.
    Bir damla sevincə, bir damla qəmə...

    O qədər səbəb var,hər biri zülüm.
    Hər gəlib gedənə günahkar dedik.
    Daha unutmuşam son dəfə gülüm,
    Biz hansı səbəbdən ayrılmış"idik...


    Müəllif: Xanlar Corat

    alıntı
#28.10.2014 11:55 0 0 0