Aparılan elmi araşdırmalar qəti olmasa belə hamiləlikdə saç rənqləmənin körpəyə hər hansı mənfi bir təsirini üzə çıxarmamışdır. Saç boyaları içində çox sayda kimyəvi maddə mövcuddur. Bunlar saç dərisindən əmilib qana qarışır. Bu səbəbdən bəzi həkimlər xəstələrinə ilk üç ayın sonunda saç rənqələdə biləcəklərini söyləyirlər. Amerika Qadın Doğum və Ginekolog Həkimlər Cəmiyyəti (ACOG) saç rənqləmənin hamiləlikdə təhlükəli olmadığını bildirmişdir. Ancaq məlumatların kafi olmadığı da əlavə olunmuşdur. Bu səbəblə ehtiyatlı olmaqda və ilk üç ayın sonunu gözləməkdə fayda var.
Hamiləlikdə tüklər alına və / və ya epilyasiya edilə bilərmi? Lazer epilyasiyasının təhlükəli vardırmı?
Hamilələrin bir qisimi hamiləlikdə tüklənmənin artdığından şikayət edir. Hamiləlikdə dəyişən hormonal tarazlığın səbəb olduğu bu tüklənmə artımı hamiləliyin başa çatması ilə xeyli azalsa da hamilədə kosmetik narahatlıqlar yaradır. Klassik üsulla tüklərin alınmasının zərərli olmadığı məlumdur.
Çox qədim bir keçmişi vardır və hamiləlikdə etibarlı olduğu məlumdur. Ancaq müxtəlif kimyəvi məhsullardan hazırlanmış tük tökücü kremlərin etibarlı olduğunu göstərən araşdırma yoxdur. Bu kremlərin tərkibindəki kimyəvi maddələr dəridən əmilərək qan dövranı və plasentaya keçə bilərlər. Bu səbəblə istifadəsi təhlükəsiz deyil.
Epilasiya üsulu isə lazer şüasıyla aparılır və bu şüa rentgen şüaları kimi toxumanın içinə nüfuz edə bilməz. Yəni edildiyi nöqtə üzərinə təsirlidir. Hamiləliyin ilk üç ayından sonra lazer epilasiyasının edilməsində qorxu yoxdur.