Körpələr ana bətnində çox erkən dövrd, 7-8 həftəlikkən soxulcana bənzər hərəkətlər edirlər. Bunlar ancaq ultrasəs vasitəsi ilə izlənilə bilir. Körpə çox kiçik olduğundan bunu hamilənin hiss etməsi mümkün deyil. Bu dövrdə qarında əksərən bağırsaq hərəkətləri hiss olunur. Ana namizədinin hiss etdiyi hərəkətlər isə 16-22-ci həftələr arasında başlayır. İlk hamiləliyini yaşayanlar bunu daha gec dərk edirlər. Çünki əvvəllər doğuma getmiş qadın bu hərəkəti daha tez tanıyacaq. Hamilələrin hiss etdikləri hərəkətlər təsvir edilərkən hərkəsdə fərqli görünür. Bəzi hamilələr səyirmələr deyə adlandırarkən bəziləri içindəkini tərpəniş və ya vurma olaraq ifadə edirlər. Xestelerimden biri bunu həyat yoldaşına təsvir edərkən belə demişdi; “Gözünü bağla, barmağını göz qapağının üstünə qoy. İndi gözünü hərəkət etdir, bax belə bir hissdir.”
Körpəm az hərəkət edir, qorxmalıyam?
Əslində körpələr ana bətnində yaşayan fərdlərdir. Doğulduqdan sonra davranışlarında fərqlilik göstərdikləri kimi ana bətnində də davranışları bir-birinə bənzəmir. Bəziləri çox hərəkətli, bəziləri isə daha dinc ola bilər. Hamiləlik dövrü hərəkətin kafiliyini qiymətləndirmək üçün çox əhəmiyyətlidir. İlk hiss olunmağa başladığı dövrlərdə hərəkətlər fasilələrlədir. Hamilələr bəzən bunu bir neçə gün hiss etməyə bilərlər. Ancaq 24-cü həftədən sonra bu vəziyyət dəyişir və xeyli qüvvətlənən körpə özünü artıq hər gün müəyyən bir ritimde hiss etdirir. 28-ci həftədən sonra bu vəziyyət daha da stabilləşir və hərəkət artıq körpənin şəxsiyyətidir. Bu dövrdə hərəkətlərin bir gündən çox hiss edilmədiyi halda həkimlə görüşmək zəruriləşir. 32-ci həftədən başlayaraq hərəkətlər can ağrıdıcı ola biləcək qədər güclənir. Bu ananı müşahidə edən həkim üçün körpənin sağlamlığını göstərən bir meyardır.
Hərəkətlər ananın daha az aktiv olduğu axşam saatlarında olur. Əslində gündüz də hərəkətlilik olur ancaq ana də hərəkət etdiyi üçün bunun çoxunu hiss etmir. Ayrıca ana qidlandığında, qan şəkəri yüksəlir və körpə də bunu hiss edərək reaksiya verər. Ananı həyəcanlandıran bir vəziyyət körpəyə də təsir edərək və onu da hərəkətləndirir.
Hərəkətləri sayarkən istirahət vəziyyətində olmaq vacibdir. Hiss edilən bütün hərəkətlər sayılır. Ancaq birləşmiş olanları tək saymaq lazımdır. On hərəkəti saymaq kifayətdir. Məsələn axşam yeməyindən sonrakı istirahətin iki saatı ərzində on dəfə hərəkət edən bir körpənin kefi yerindədir. Hamiləliyin son dövründə hərəkətlərdə azalma hiss edilməsi əhəmiyyətli bir tapıntıdır və hekimle paylaşılmalıdır. Bu bəzən pis bir hadisənin başlanğıcı ola bilər və erkən davranmaq həyat qurtarıcı ola bilər.