Sirr saxlamaq

Son güncelleme: 31.10.2014 19:26
  • Ey əziz qardaş, əgər sirr saxlamaq istəyirsənsə, o zaman heç kəsin onu bilməsinə şərait yaratma! Hətta sənin ixlaslı dostun olsa belə! Çünli onun da sənin kimi dostları vardır.

    Bəzi alimlər deyir: Sirr iki şey dən - dodaqdan və ya iki nəfər arasından kənara çıxarsa, yayılar.

    Əmirəl-möminin (ə) buyurur:
    "Sirr əsirindir, ifşa etsən əsri olacaqsan" ("Ğurarul-Hikəm" səh.320, 7416-cı hədis)

    "Bir sirri saxlayanlar artarsa, ifşa edənlərdə artar" ("Ğurarul-Hikəm" səh.320, 7418-cı hədis)

    "Dostuna yaxşılıq etməyə çalış, lakin tam arxayın olma" ("Ğurarul-Hikəm" səh.320, 7419-cu hədis)
    İmam Sadiq (ə)-dan nəql edilən rəvayətdə buyurur:

    "Sirr sənin qanındır və yalnız sənin vücudunda axır" ("Usulul-Kafi" c.2, səh.175, "Biharul-Ənvar" c.75, səh.71)

    Kitabın adı: Əxlaq elmində 50 dərs
    Müəllif: Şeyx Abbas Qumm

    alıntı
#31.10.2014 19:26 0 0 0