Ürəyimdəsən

Son güncelleme:
  • Duyğularım,elə bil,
    bağlanıb ötənlərə.
    O illərdə nə vardı.
    yanmışam itənlərə!
    Ürəyimdəsən
    O illər,gözəl illər,
    əziz doğması yadı.
    Ötüb-keçən illərdə,
    nələrimiz qalmadı!.
    Ürəyimdəsən
    O illərdə sən varsan,
    bir ilğıma dönsən də!
    Yenə ürəyimdəsən,
    zülmətə bürünsən də!
    Ürəyimdəsən
    Sən yadlaşdın niyə bəs,
    artdıqca qayğılarım!..
    Bəs nə üçün bağlanıb,
    keçmişə duyğularım!
    Ürəyimdəsən
    Dəyişməzdir həyatda,
    gülüm,dostum,ailəm.
    Keçmişimi heç zaman,
    mən unudan deyiləm.

    alıntı
0 0 0