D vitamini əskikliyi

Son güncelleme: 11.11.2014 16:43
  • D vitamini bağırsaqda kalsium sorulmasını, böyrəkdə kalsium və fosforun sorulmasını artırır. Bu vitaminin dəqiq təsiri kalsium səviyyəsini müəyyən bir səviyyədə tutmağa imkan verir. Məlumata görə kifayət qədər kalsium istifadə edənlərdə kalsiumun sümükdə yığılması ilə mineralizasiyası təmin edilir.

    D vitamini sümük böyüməsinə, sümük quruluşunun qorunmasına, qan laxtalanmasına, ürək-damar sistemi və immunitet sisteminə təsirli hesab olunur. Gündəlik ehtiyac isə yaşa görə dəyişir.

    Biokimya Mütəxəssislərindən Dr. Janserey Batu da gündəlik D vitamini ehtiyacının yaşa görə dəyişdiyini ifadə edir. Gündəlik ehtiyacın təxminən 400 - 600 IU ətrafında olduğunu bildirir. Onun sözlərindən aydın olur ki, 65-dən çox yaşı olanlar ortalama gündəlik 800 IU miqdarında D vitamini almalıdırlar.

    Hamiləlikdə isə ehtiyacın daha böyük olduğu bildirilir. D vitamini dəstəyinin yanında kafi kalsium qəbulunun təmin edilməsi əhəmiyyətli hesab olunur.

    D vitamini səviyyəsi 25 mg/ml enincə əskiklik başlayır. Bu əskiklik ən sıx bağlı mühitlərdə işləyənlərdə görülür. Bu səbəblə xüsusilə bağlı mühitlərdə işçilərin D vitamini əskikliyini test etdirmək lazımdır. D vitamini sintezi üçün günəş işığına ehtiyac var. Bunun üçün günəşdə olmaq və günəş qoruyuculardan istifadə zəruridir.

    D vitamini əksikliyinin başqa bir səbəbi alınan qidaların qeyri-kafi olmasıdır. Bu baxımdan məsləhətdir ki, lazımi proseduralardan əlavə düzgün qidalanma rasionu tərtib edəsiniz.

    alıntı
#11.11.2014 16:43 0 0 0