Əvvəlcə dana ətini yuyun, qurulayın ki, ət sulu qalmasın. Sonra tikələrə ayırın və bir az duz səpin, sonra da duru yağda qızardın. İndi qızarmış əti bir qazana yerləşdirin və üstünə 2 litr isti su töküb qoyun bişsin. Tam bişib hazır olana qədər tərəvəzləri yuyub təmizləyin və hər birini xırda-xırda doğrayın.
İndi duru yağda soğan və sarımsağı qovurun. Sonra tomat pastasını əlavə edin, 3 dəqiqədən sonra doğranmış pomidoru və şirin bibəri əlavə edib qarışdırın. Hamısı bir yerdə qaynayandan 5 dəqiqə sonra altını söndürün.
İndi isə düyünu 4-5 dəfə yuyun və ət bişən qazana əlavə edin. Bu ərəfədə ədviyyatları əzin. Düyü 10 dəqiqə bişdikdən sonra da qovrulmuş soğanı əlavə edin.
İndi qazana ədviyyatları və duzu əlavə edin. Yenə 5 dəqiqə qaynadıb altını söndürün. Tam hazır olanda üzərinə xırda doğranmış cəfəri əlavə edin.