Səni Sevirəm

Son güncelleme: 21.11.2014 19:30
  • Tez böyüdü bu sevgi
    Qabağında dur indi
    Balaca bir köz idi
    Oddur,alovdur indi.

    Mən hardan bilərdim ki,
    Sevgi ağır yük olar?!
    Bir ürəyə sığışan
    Bu qədər böyük olar?!

    Sevmək üzdə təbəssüm
    Dilin altda qənd imiş
    "Səni sevirəm" sözü
    Müqəddəs bir and imiş.

    Göz dəyər sevgimizə
    Ətrafda göz izi var
    Qoy üzərlik yandırım
    Düşər düşməzi olar

    Müəllif: Xəlil Adgözəl
#21.11.2014 19:30 0 0 0