Dovğa Resepti

Son güncelleme: 21.11.2014 19:42
  • Tərkibi:
    500 qr qatığ
    yarım dəstə keşniş
    yarım dəstə şüyüd
    yarım dəstə soğan
    yarım dəstə ispanağ
    yarım dəstə dağ keşnişi
    2 diş sarımsaq
    50 qr yumru düyü
    1 ədəd yumurta
    1 x/q un
    duz

    Hazırlanması:

    1. Doğanı hazırlamaq üçün göyərtilər təmizlənir, yaxşı yuyulub xırda doğranılır. Sarımsağı (göyərti sarımsağdan da istifadə etmək olar) xırda doğrayıb göyərtiyə qatırıq.
    2. Düyü yaxşı yuyulur, tam bişənə kimi ayrı qazanda qaynadılır.
    3. Qatığı dovğa bişirəcəyimiz qazana töküb, yumurta,un əlavə edirik. Qarışdırma teli ilə yaxşı qarışdırırıq.
    4. Qazanı qaza qoyub, taxta qaşıqla yavaş qarışdıra-qarışdıra qaynadırıq. Qaynadıqda göyərtiləri əlavə edib yenidən dayanmadan qarışdırırıq.
    5. Göyərtilərin rəngi dəyişdikdə və qaynamağa başladıqda qazdan götürürük.
    6. Bişmiş düyünü, duzu qazana əlavə edib biraz qarışdırırıq.

    Qeyd: Dovğa həm isti həm soyuq halda yeyilə biər.

    Nuş olsun!
#21.11.2014 19:42 0 0 0