Nanəli keks

Son güncelleme:
  • noimage

    Tərkibi:
    Nanə yarpaqları 0,5-1 stəkan
    Qatıq 1 stəkan
    Yumurta 2 ədəd
    "Möcüzə" duru yağı 0,5 stəkan
    Un 2 stəkan
    Şəkər tozu 1 stəkan
    Limon suyu 1 çay qaşığı
    Soda 2/3 çay qaşığı (qabartma tozu da istifadə edə bilərsiniz.)

    Hazırlanması:
    Qatıq, duru yağ, yumurta və şəkər tozunu blenderdə qarışdırın.Limon suyu, un və qabartma tozunu da bu qarışığa əlavə edin.Nanənin yarpaqlarını xırda-xırda doğrayıb xəmirə qatın.Sonra alınan nanəli xəmiri formaya tökün və (əgər keks qabınız şəkildəki kimidirsə, 200 dərəcədə 45 dəq, yumurudursa, 1 saata yaxın) bişməyə qoyun.Keksiniz tam soyuyandan sonra onu
    doğrayıb üstünə şəkər pudrası və ya şokolad qlazuru tökərək süfrəyə verə bilərsiniz. Nuş olsun!
0 0 0