Əvvəlcə şəkər və yumurtanı mikserlə çalırıq. Sonra yağ və qatığı da töküb yenə mikserlə çalırıq. Kakaonu da qatıb mikserlə çalırıq. Sonra un, qabartma, zəncəfil və vanili qarışdırıb həmən qarışığa əlavə edib qarışdırırıq.
İçi hazırlamaq üçün yumurtanın ağını çalırıq. Portağalın suyunu və qabığını sürtkəcdən keçirib qarışığın üzərinə tökürük. Şəkər və kokosu da buraya əlavə edib, yenidən qarışdırırıq.Balaca keks qablarına yağlı kağız qoyuruq. 1 x.q. xəmirdən tökürük, üstündən 1 ç.q. içlikdən qoyuruq. Sonra yenə 1 x.q. xəmirdən üzərinə töküb bir keksi tamamlayırıq. Beləcə, digər keksləri də hazırlayırıq.Hazır keksləri listə yığıb üzərinə kokos səpirik və 200 dərəcəli sobada bişiririk.Nuş olsun!