Feyxoa mürəbbəsi və kompotu

Son güncelleme: 29.11.2014 06:53
  • Tərkibi:
    1 kq feyxoa

    1 kq şəkər tozu

    Hazırlanması:

    Öncə feyxoaları təmiz yuyuruq.

    Sonra hər iki tərəfini azca kəsirik. Ət maşınından iki dəfə keçiririk və üzərinə şəkər tozu əlavə edirik. Unutmayın, feyxoa neçə kq-dırsa, şəkər tozu da o qədər olmalıdır. Aldığımız qarışımı 5 gün sərin və qaranlıq yerdə saxlamaq şərtilə gün ərzində bir neçə dəfə yaxşı-yaxşı qarışdırırıq. Beşinci günün sonunda bankalara yığıb soyuducuya qoyuruq.
    Budur, feyxoa mürəbbəmiz hazırdır. Hazırladığımız bu qarışım soyuqdəymənin dərmanıdır. Zobdan əziyyət çəkən insanlar bu qarışımdan hər gün səhər 1 çay qaşığı qəbul etsələr, faydasını görərlər. Bu isə feyxoadan hazırladığım kompotdur.
    Hazırladığımız feyxoaları bankaya qoyub üzərinə 1,5 stəkan şəkər tozu əlavə edirik. Sonra üzərinə qaynar su əlavə edib 15-20 dəqiqə qaynadırıq.
    Budur, kompotumuz da hazırdır.

    Nuş olsun!
#29.11.2014 06:53 0 0 0