Əzhab döyüşü - 1

Son güncelleme:
  • Qureyş və ona tabe olanlar, üç yüz süvari və min dəvəli dörd min nəfərlik bir ordu ilə Əbu Süfyan rəhbərliyində gələrək sel yataqlarının birləşdiyi nöqtəyə çatıb endilər. Bayraqdarlığını Osman ibni Təlha ibni Əbu Təlha daşıyırdı. Ğatafan və ona tabe olan digər Nəcd qəbilələri isə altı min nəfərlik bir ordu ilə gəlib Uhud ətəklərində Batxan vadisiylə Qanat vadisinin birləşdiyi mövqeyin sağına ordugahlarını qurdular. Bu böyük ordunun Mədinə qapılarına qədər gəlib çıxmağı qorxulu bir bəla idi. Allah bunu belə təsvir edir : «O zaman onlar sizin həm yuxarı və həm də aşağı tərəfinizdən üstünüzə gəlmişdilər. O vaxt qorxudan gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız. Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz edilmişdilər.» (Əhzab / 10-11)

    Münafiqlər və qəlblərində xəstəlik olanlar isə belə dedilər : "Allah və Rəsulu məgər sizə sadəcə quru vədlər etmişlər." Rəsulullah düşmən mövqelərinə yaxın evləri boşaltdıraraq qadın və uşaqları daha təhlükəsiz olan yerlərə nəql etdikdən sonra Mədinəyə İbni Ümmü Məktumu öz yerinə naib təyin edərək üç min nəfərlik İslam ordusuyla hərəkətə keçdi və ordugahını Səla dağının ətəklərində quraraq kürəyini dağa çevirdi.

    Xəndəyin bir tərəfində müsəlmanlar, digər tərəfində müşriklər olmaqla üzbəüz idilər. Müşriklər döyüş üçün lazımlı hazırlıqları etdikdən sonra Mədinəyə tərəf hərəkətə keçdilər. Müsəlmanlara yaxınlaşdıqda özləri ilə müsəlmanlar arasında qazılmış uzun və geniş bir çuxur ilə qarşılaşdıqda çox çaşıb dəhşətə düşdülər. Əbu Süfyan : Bu ərəblərin bildiyi bir şey deyildir – deyərək çaşqınlığını ifadə etdi. Qəzəblə xəndəyin ətrafında dolaşmağa başladılar. Keçəçəkləri bir nöqtə axtarırdılar. Müsəlmanlar oxları ataraq onların xəndəyə yaxınlaşmağına mane oldular.

    Müşriklər xəndəyi asanlıqla keçə bilməyəcəklərini başa düşdükdən sonra, bunun üçün hazır olmamalarına baxmayaraq, Mədinəni mühasirə altında saxlamağa qərar verdilər. Halbuki, yola çıxarkən belə bir ehtimalı düşünməmişdilər. Gün ərzində xəndəyi keçmək üçün məşğul olub durdular. Müsəlmanlar xəndək boyunca daş və ox ataraq müdafiəyə keçdilər. Müşriklər gün ərzində heç ara vermədən hücumlarını davam etdirdilər. Müsəlmanlar da davamlı müdafiə olunurdular. Bu səbəbdən də o günün namazlarını ancaq axşam vaxtında qıla bildilər. O dönəmdə hələ qorxu namazı şəri qılınmamışdı.

    Mühasirənin davam etdiyi bir gün, içlərində Amr ibni Abduvəd, İkrimə ibni Əbu Cəhl və Darrar ibni Xəttabın da olduğu bir qrup müşrik süvarisi xəndəyin ən dar mövqeyinə gələrək qarşı tərəfə keçməyə nail oldular. Qarşılarına Əli ibni Əbu Talibin rəhbərliyində bir dəstə çıxdı. Amr ibni Abduvəd Əli (radiyəllahu anhu)`ni mübarizəyə dəvət etdi. Cəsarət və qəhrəmanlığı ilə şöhrət qazanmışdı. Əli onu hirsləndirdikdə atından endi və o şəkildə qarşılıqlı mübarizəyə girişdilər. Əli onu öldürdükdə, digərləri qorxuya düşüb geri qaçdılar. Hətta, İkrimə təlaşından yayını bıraxıb qaçdı. Nofəl ibni Abdullah isə, çuxura düşdü və orada müsəlmanlar tərəfindən öldürüldü. Qarşılıqlı atışmalar əsnasında bəzi şəxslər öldürüldü. Müşriklərdən cəmi on nəfər öldürülərkən müsəlmanlardan da altı nəfər şəhid edildi.

    Müşriklərdən atılan bir ox Səd ibni Muazın qolunun arteriya damarına tuş gəldi. Ağrı içində qıvranan Səd Allahdan Qureyşlilərlə yenidən bir hərb olacaqsa, özünü o günə qədər sağ bıraxmağı, yoxsa, bu yara ilə şəhadətini sürətləndirməyi üçün niyaz etdi və duasına bunu da əlavə etdi : "Yəhudi Qureyzə oğullarının pərişan olmağını göstərmədən canımı alma, ey Allahım!"

    Qureyzə Oğulları Yəhudilərinin Xəyanəti və Bunun Döyüşün Gedişatına Təsiri

    Bu əsnada Xeybərdə yerləşən Nadir Oğulları yəhudilərinin liderlərindən Hay ibni Əhtab o saata qədər müsəlmanlarla öz aralarında atəşkəs razılığı olan Qureyzə Oğulları qəbiləsinin lideri Kəb ibni Əsədin yanına gedərək, Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`lə olan razılaşmanı birtərəfli olaraq aradan qaldırmağını istədi. O da qəbul etdi və müttəfiq şirk ordularının səflərinə qatıldı.

    Müsəlmanlar Mədinənin şimalında, Qureyzə oğulları isə cənubunda yerləşmişdilər. Aralarında hər hansı bir maneə yox idi. Qureyzə Qureyş səfinə keçdikdə Mədinədəki müdafiəsiz müsəlman qadın və uşaqları böyük bir təhlükəylə üzbəüz gəldilər. Rəsulullah vəziyyəti öyrəndikdə Məsləmə ibni Əsləm rəhbərliyindəki üç yüz nəfərlik başqa bir birliyi yerli xalqı qorumaq üçün şəhər mərkəzinə göndərdi. Səd ibni Muaz və Səd ibni Ubadənin də içində olduğu başqa bir qrup Ənsarı da özünə çatan xəbəri təkid etməyi üçün Yəhudi bölgəsinə göndərdi. Bu müsəlmanlar gedib yəhudiləri müşahidə etdilər və xəbərin doğru olduğunu başa düşərək gəlib vəziyyəti Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a bildirdilər. Yəhudilər : "Məhəmməd kimdir elə? Bizimlə onun arasında heç bir razılaşma yoxdur" – deyirdilər.

    Yəhudilərin də müşriklərin səflərinə keçdiyi xəbəri insanları xeyli qorxutdu. İnsanların o andakı vəziyyətlərini Allah belə təsvir edir : «O vaxt qorxudan gözlər bərəlmiş, ürəklər xirtdəyə çatmış və siz də Allah barəsində zənnə-gümana qapılmışdınız. Orada möminlər imtahana çəkilmiş və güclü sarsıntıya məruz edilmişdilər.» Bu şiddətli qorxunun təsiriylə insanlar arasında nifaq düşdü və bəziləri belə dedilər : "Məhəmməd bizə Kisra və Qeysərin xəzinələrini əldə edəcəyimizi vəd edərkən, bu gün bizdən bir kəs ayaqyoluna gedərkən belə canından narahatdır." – Bəziləri də belə dedilər : "Allah və Rəsulu məgər bizə sadəcə quru vədlər edibmiş." – İçlərindən bir qrup daha da cürətlənərək : "Ey Yəsrib xalqı, artıq sizin üçün qalmağa bir yer yoxdur." – Döyüşdən qaçmağa qərar verərək Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanına gəlib yalandan : "Evlərimiz açıqdır" deyirdilər. Halbuki, məqsədləri döyüşdən qaçmaq idi.

    Yəhudilərin andlaşmanı pozmaları Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı da çox kədərləndirmiş və narahat etmişdi. Bir müddət paltarını üstünə çəkib bir miqdar uzandı. Sonra qalxdı və "Allahu Əkbər" deyərək müsəlmanları zəfər və fəth ilə müjdələdi.

    Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) döyüşün sıxıntılı bir anında Uyeynə ibni Hısnın başçılığı altında Gatafan rəisinə bir heyət göndərərək, onlara Mədinə məhsulunun üçdə birinin əvəzində sülh etməyi təklif etməyə qərar verdi. Ancaq, Ənsarın liderlərindən Səd ibni Muaz və Səd ibni Ubadə, bunun Allahu Təalanın bir əmri deyil, əksinə Peyğəmbərin bir rəyi olduğunu öyrəndikdən sonra qəbul etməyərək belə dedilər : Biz və onlar, vaxtıyla şirk içindəydik. Heç kim bizdən bir şey qapmağı düşünə bilməzdi. İndi Allah bizə İslam dini ilə ikram etdikdən və və bizi səninlə şərəfləndirdikdsən sonra onlara mallarımızı yedirəkmi? Allaha and olsun ki, onlara qılıncımızın zərbələrindən başqa verəcəyimiz bir şey yoxdur. – Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onların bu rəylərindən razı qaldı və etməyi fikirləşdiyi şeyi tərk etdi.

    alıntı

    https://www.main-board.com/islami-movzular/790748-ezhab-doyusu-2-a.html#post5176435
0 0 0