Uşaqları ağlayarkən necə sakitləşdirmək olar?

Son güncelleme:
  • Türkiyənin Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssisi Dr. Bülent Öztürk, uşaqların ağlama səbəbləri və bu problemin həlli yolları haqda danışıb.

    Onun sözlərinə görə uşaqlar daha çox ev mühitinin çox isti ya da soyuq olması səbəbindən narahat olur. Çoxlu ziyarətçi kimi hallar isə yorğunluq yaradır.

    Xəstəlik ya da ağrı kimi vəziyyətlər isə uşaqların ağlaması ilə nəticələnir.

    Üzün aldığı şəkilə görə də körpələrin ağlama səbəbini müəyyənləşdirmək olar Digər səbəblərə isə ananın yedikləri, qəbul etdiyi dərmanlar, kofein ya da siqaret kimi maddələrin südün keyfiyyətinə mənfi təsiri və uşağın ac olmasıdır. Bu baxımdan uşaqların ağlamasına səbəb olan cəhətləri nəzərə almaq və ona uyğu tədbir görmək lazımdır.

    Çünki, ağlamağına uzun müddət cavab verilməyən körpələr həddindən artıq həssas və daima stress içində olurlar. Buda o deməkdir ki, gələcək həyatlarında hər şey mükəmməl olsa belə onlar narahatlıq içində ola bilərlər.

    Körpənizin öz-özünə sakitləşməsini gözləməyiniz ona həm beyin həm də bədən inkişafı baxımından çox pis təsir göstərə bilər.

    Bu baxımdan uşaqlar ağladığı zaman tez müdaxilə etmək və sakitləşdirmək lazımdır. Tədqiqatlar və müşahidələr göstərir ki, ağlamaqlarına cavab verilən körpələr zaman keçdikcə daha az ağlayan, daha xoşbəxt və daha asan sakitləşən uşaqlar olurlar.

    Onuda qeyd etmək lazımdır ki, uşaqlar həm fiziki həm də emosional səbəblərə görə ağlaya bilər.

    alıntı
0 0 0