Gözəl görünmək üçün sadə proseduralardan biri düzgün qidalanmaq və boş vaxtlarda idmanla məşğul olmaqdır. Bunun üçün səhər vaxtı istəyə uyğun yumurta və ya qatıq kimi qidalardan istifadə uyğundur. Həmin prosedur artıq çəkiyə həm də qadınların uzunömürlü olmasına kömək edir. Edilən araşdırmalar göstərib ki, bunu tətbiq edənlər nahar edən qadınlardan çox yaşayır.
Dərini gözəlləşdirmək üçün C və E vitaminlərindən istifadə etmək olar. Bu vitaminlər dərini zərərli sərbəst radikallardan qoruyaraq, ona təbii parlaqlıq qazandırır.
Üzü yuduqdan sonra və nəmləndirici tətbiqindən əvvəl antioksidant məzmunlu serumlardan istifadə edə bilərsiniz.
Başqa bir posedur isə günəşin zərərli şüalarını daim nəzərə almaq və ona uyğun tədbir görməkdir. Bu baxımdan qoruyuculardan istifadə etmək olar (Günəş eynəkləri, losyonları və s.)
Hava buludlu olsa belə günəş qoruyucusu sürtmədən evdən çıxmayın. Dəri losyonlarını uyğunluğu daha sərfəlidir.
Gözəl görünmək üçün faydalı hesab olunan digər bir prosedur isə lazımi miqdarda su və meyvə şirələri qəbul etməkdir. Çünki, susuzluq insanı yalnız yorğun deyil solğun da göstərir. Bu baxımdan hər oyandığınızda bir stəkan su için. Bu sayədə gecə boyu susuz qalan bədəniniz yenilənəcəkdir.
Hərəkətdə olmaq və boş vaxtlarda idman etmək daha sərfəlidir.
Araşdırmalar göstərib ki, səhərlər məşq edən qadınlar gecələri daha keyfiyyətli yuxu yatır. Səhərlər 5-10 dəqiqə də olsa məşq edin.
Mineral sulardan da istifadə edə bilərsiniz.
Soyuducuda saxladığınız mineral su üzünüzdə yaranan sabah qabarıqlığını almağa kömək edəcək. Bununlada özünüzü yaxşı hiss edəcəksiniz.
İstəyə uyğun səhərlər qəhvə yerinə yaşıl çay için. Xüsusi ilə qeyd etmək lazımdır ki, yaşıl çaya, antioksidant olan flavanoidlər daxildir və bu maddələr yaşlanmağa qarşı təsirlidir.