Dərini sağlam və təravətli saxlamaq üçün imkan daxilində səhər və axşam xüsusi təmizləmə prosedurlarına riayət etmək laımdır.
Ancaq bu yetərli deyil. Dərimizi xaricdən olduğu qədər lazımlı vitaminləri alaraq içdən də qidalandırmaq lazımdır.
Bu istiqamətdə "Anti-aging" programı təsirli üsullardan biridir. Yəni təmizləmə, tonlandırma və nəmləndirmə üçün istifadə edilə bilər.
Payız-qış mövsümü ilə əlaqədar olaraq dəridə və bədənimizdə vitamin azlığı da olur.
Bu baxımdan düzgün qidalanmaq, bədəni lazımlı vitamin və minerallarla qidalanmaq (A, D, E və C) dəriyə faydalıdır.
Vitamin əksikliyi fizioloji olaraq özünü aydın şəkildə göstərməyə başlayır. Başqa sözlə ürək xəstəlikləri, osteoporoz və erkən yaşlanan dəri kimi problemləri özü ilə gətirir.
Bunlar isə dəridə atrofik olaraq müşahidə olunur. Dəri solğunlaşır, qan dövranı yavaşlayır və eyni zamanda ani temperatur dəyişikliyindən dolayı evdə, ofisdə isti temperatur, çöldə soyuq havaya bağlı olaraq dəridə həddən artıq quruluq yaranır.
Dərinin nəm saxlama xüsusiyyətinin pozulmasından dolayı, dəri qabıq verir və soyulur. Ona görə dərini daha çox A vitamini ilə yeniləmək məsləhətdir.