Toyuqlu qat qat peraşki

Son güncelleme:
  • Vəsaitlər:

    500 qr hazır qat-qat xəmir
    3 ədəd bud başı
    2 x.q smetan
    2 ədəd soğan
    1 yumurta sarısı (üstünə çəkməyə)
    Duru yağ, ədviyyat, duz istiot , zövqə görə

    Hazırlanması:

    Qat-qat xəmir yumşalmaq üçün soyuducudan çıxarılır.
    Budbaşılar qaynadılır və sümükdən ayrılıb xırda doğranır.
    Tavada soğanla birlikdə qovrulur və ədviyyat, duz istiot,smetan əlavə edilib qarışdırılır və kənara qoyulur.
    Xəmir yayılır və 10x10 ölçüdə kvadrat şəklində kəsilir.
    Hər kvadratın ortasına içlik qoyulub, şəkildəki formada kənarları birləşdirilir.
    Sobanın qabı yağlanır və hazır peraşkilər qaba düzülür.
    Üstünə yumurta sarısı çəkilir və 220 dərəcədə 15-20 dəqiqə bişirilir.
    Onu da qeyd edim ki, smetan əvəzinə mayonez də vura bilərsiniz.
    Bu içliyin "soçnu” olması üçündür...

    İndi isə nuş olsun!

    alıntı
0 0 0